“Bank Technique” rəhbərliyinidə baş verən dəyişiklikdən sonra bankın mətbuat xidməti ilk açıqlamasını yayıb.
“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildikdən və Etibar Mahmud oğlu Əliyev Şuranın sədri vəzifəsinin icrasına başlayan andan, cəmi bir gün ərzində Bankın fəaliyyəti bərpa edilib: “Hazırda, Bank xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirir, müştərilər yüksək səviyyədə bank xidmətləri ilə təmin olunurlar”.