Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür - Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür - Abituriyentlərin nəzərinə


Azərbaycanda ilk dəfə olaraq, ali məktəblərə hazırlaşan abituriyentlər üçün onlayn təhsil proqramı - 700.az layihəsi təqdim edilib.



Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən layihənin təsisçisi Tələt Kalayev bildirib ki, www.700.az abituriyentlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı qəbul proqramına onlayn hazırlaşmağa kömək edən və Azərbaycanın ən təcrübəli müəllimlərini virtual olaraq evlərə gətirən innovativ vasitədir: "TQDK-nın proqramına daxil olan bütün fənn blokları üzrə ölkənin təcrübəli müəllim heyəti www.700.az onlayn təhsil proqramına cəlb edilir, onların iştirakı ilə hazırlanmış videodərslər sayt vasitəsilə abituriyentlərə təqdim olunur. Dərslər Azərbaycan dilində hazırlanıb. Videodərslərə günün istənilən saatında baxmaq olar. Dərs başa düşülmədiyi halda videoya təkrar baxmaq mümkündür. Artıq dərslər sayta yüklənib. Animasiyalar vasitəsilə hazıranmış dərslər 15-20 dəqiqəlikdir. Hər bir dərsdən sonra 10 yoxlama testi təqdim olunur".



T.Kalayev qeyd edib ki, hər ay TQDK-nın keçirdiyi formada olan sınaq imtahanları keçiriləcək. Abituriyent sınaq imtahanlarında iştirak etməklə gələcəkdə qəbul imtahanında toplaya biləcəyi potensial balı müəyyənləşdirə, öz bilik səviyyəsini yoxlaya bilər.



Layihənin təsisçisinin sözlərinə görə, abituriyent dərsi yaxşı qavramadığı halda onun üçün vebinarlar - çətinlik çəkdikləri dərslərə görə canlı dərslər keçirilə bilər.



T.Kalayev bildirib ki, gələcəkdə rus dili üzrə videodərslərin keçirilməsi, mövcud müəllimlərlə yanaşı, yeni müəllim heyətinin cəlb olunması da planlaşdırılır: “Mövcud təcrübəmizi 2-3 il sonra qonşu ölkələrdə də tətbiq etmək fikrindəyik”.



Xidmətdən istifadə üçün qiymətlərin çox münasib olduğunu deyən T.Kalayevin sözlərinə görə, videodərslərə abunə olmaqla qulaq asmaq olar: "Seçilmiş fənlərdən hər fəndən ilk iki dərs olmaqla 10 dərs pulsuzdur. Bir fənn üzrə illik ödəniş 80 manat, bir qrupun illik abunə haqqı isə 250 manatdır. Ödəniş əlavə faiz ödənilmədən 1 il ərzində hissə-hissə də aparıla bilər".



O bildirib ki, www.700.az təhsil proqramı çərçivəsində ali məktəblərə hazırlaşan gənclərin hazırlıq səviyyəsi izlənilir və bu barədə valideynlər və müəllimlər məlumat ala bilərlər: www.700.az  web səhifəsində yer alan forum müəllim, abituriyent və valideynlərin ünsiyyət saxlaması, dərs proqramı ilə bağlı suallara cavab tapması üçün çox faydalıdır. İnnovativ təhsil metodu əlilliyi olan gənclər üçün də səmərəlidir. Belə ki, onlar vaxtlarına qənaət etməklə www.700.az  veb səhifəsi vasitəsilə təhsil alaraq ali məktəblərə qəbul olmaq imkanı əldə edəcəklər. www.700.az təhsil proqramı məktəb saatlarından sonra asudə vaxtlarını daha səmərəli keçirmək və ali məktəbə yüksək balla qəbul olmaq istəyən gənclərin hazırlığına zəmanət verir”.



Layihə rəhbəri Nərgiz Həsənova saytın texniki imkanları barədə məlumat verib.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Arzu Bağırov belə layihələrin hazırlanmasına sevindiyini bildirib. Onun sözlərinə görə, bu layihənin gənclər tərəfindən həyata keçirilməsi xüsusilə təqdirəlayiqdir: "Belə saytlar çoxdur. Amma acığını deyim ki, 700.az marağımı daha çox cəlb etdi. İnanıram ki, uğur qazanılacaq. Canlı kurslarda olmayan müəyyən imkanlar burada var. Bu da qəbula hazırlaşanlar üçün çox üstün amildir. Düşünürəm ki, belə sistemlərə ehtiyac getdikcə artacaq. Bu sistemin üstünlüklərindən biri o olacaq ki, müəllimlərlə canlı bağlantı qurmaq olacaq".



TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə

TQDK-nın qəbul proqramına onlayn hazırlaşmaq mümkündür  -  Abituriyentlərin nəzərinə


Teqlər:
Bu xəbər cəmi 1060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR