Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Xatırladaq ki, Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.