Mahir Abdullayevin işində yeni faktlar ortaya çıxıb.
Fəaliyyəti dayandırılmış ABU-nun rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşının işi ilə bağlı yeni faktlar açıqlayıb. O bildirib ki, Mahir Abdullayevin tapılması üçün MTN-nin general Akif Çovdarov ondan 10 milyon manat tələb edib:
"Akif Çovdarov qardaşım MTN zabiti Mahir Abdullayevin geri qaytarılması üçün nə az, nə çox məndən 10 milyon dollar pul tələb edirdi, yaxın dostu və qohumu Fəttahla gedib Moskva hesabıma keçirməmi tələb edirdi. Mən isə qohum-əqrabadan güc-bəla ilə toplayıb Akf Çovdarova qardaşımı geri qaytarması ücün 2,8 milyon dollar verə bildim. Bundan qəzəblənən Akif Çovdarov məni Novxanıya bağ evinə gizli, dolanbac yollarla dəvət etdi. Mən onun bağ evinə gələndə onun xaricdə oxuyan oğlu və 20 il mənimlə birgə işləyən Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru Nizami Süleymanov qarşıladı. Mən çaşıb qalmışdım, Nizamidən soruşdum ki, sən hara, bura hara …!?
Professor Nizami Süleymanov da bildirdi ki, Akif Çovdarov mənim qohumumdur, mamam oğludur. Bundan sonra, Akif Çovdarov mənə bildirdi ki, əgər, pulu verə bilmirsənsə, ABU-nu keçir ABU prorektoru Nizami Süleymanovun adına. Yaxud da sabah gəl gedək Azərbaycan Beynəlxalq Bankından və ya AzBankdan sənin adına pul götürək, amma, pul qalacaq orada. Bununla da səninlə hesablaşacağıq. Sən də qardaşına qovuşarsan. Bu problemi məndən başqa heç kim həll edə bilməz, heç kimə inanma, kim gəldi yanına, qov getsin. Heç bir yanda heç nə danışma!”.
Qeyd edək ki, MTN zabiti Mahir Abdullayev 2003-cü ildən yoxa çıxıb.(azpolitika.info)