Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"ASAN Xidmət" rüsumları açıqladı - SİYAHI


Şəxsiyyət vəsiqəsinin verilməsi pulsuzdur.



“ASAN Xidmət” göstərdiyi xidmətlərin siyahısını və xidmətlərin rüsumlarını açıqlayıb.



Big.az xidmətlərin və bu xidmətlərə görə rüsumların siyahısını təqdim edir.



Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi - 11 manat



Şəxsiyyət vəsiqəsinin verilməsi (16 yaşınadək) - pulsuz



Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (10 gün) - 1 manat



Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (3 iş günü) - 10 manat



Ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:



Bir yaşınadək uşaqlar üçün - 10 manat



Bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat



Üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat



On səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat



Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:



Bir yaşınadək uşaqlar üçün - 20 manat



Bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat



Üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 60 manat



On səkkiz yaşına çatmış vətəndaşlara - 80 manat



Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:



Bir yaşınadək uşaqlar üçün - 40 manat



Bir yaşından üç yaşınadək uşaqlar üçün - 80 manat



Üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 120 manat



On səkkiz yaşına çatmış vətəndaşlara - 160 manat



Sürücülük vəsiqəsinin dəyişdirilməsi - 18 manat



Məhkumluq barədə arayışın verilməsi - pulsuz



ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ



Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi - 30 manat



(20 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h, 7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h)



Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi - 30 manat



(20 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h, 7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h)



Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş daşınmaz əmlakın qeydiyyatı - 20 manat



(20 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h, 7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h)



Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara, onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi - 10 manat



(5 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 3 günə verildikdə 30 manat x/h, 2 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 3 günə verildikdə 26 manat x/h, 2 günə verildikdə 30 manat x/h)



Mənzillərə texniki pasportların verilməsi - 50 manat



(Mənzillərin texniki iventarlaşmasının aparılması üçün ümumi sahəsi 50 m2-ə qədər olduqda 12 manat x/h alınır, və ümumi sahəsi 50-m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə - 0.20 manat x/h tutulur.)



Fərdi yaşayış evlərinə texniki pasportların verilməsi - 50 manat



(Fərdi yaşayış evlərinin texniki iventarlaşmasının aparılması üçün ümumi sahəsi 100m2-ə qədər olduqda 22 manat xidmət haqqı alınır, və ümumi sahəsi 100-m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə - 0.20 manat x/h tutulur.)



VERGİLƏR NAZİRLİYİ



Bankların, birjaların, sığortaçıların, sığorta birlikləri və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı - 220 manat



Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı - 3 manat



Digər hüquqi şəxslərin qeydiyyatı - 11 manat



Fiziki şəxslərin sahibkarlıq uçotuna alınması - pulsuz



MİLLİ ARXİV İDARƏSİ



Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi - pulsuz



DÖVLƏT MİQRASİYA XİDMƏTİ



Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (3 ayadək) - 30 manat



Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (6 ayadək) - 60 manat



Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (1 ilədək) - 120 manat



Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (tələbələr üçün illik) - 40 manat



Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması - 300 manat



Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin yenidən verilməsi - 10 manat



Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi (1 illik) - 1000 manat



DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ



Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi - pulsuz



DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU



Əmək pensiyalarının təyin edilməsi - pulsuz



ƏDLİYYƏ NAZİRLİYİ



(Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı)



Doğumun qeydə alınması - pulsuz



Ölümün qeydə alınması - pulsuz



Nikahın qeydə alınması - 5 manat



Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında) - 15 manat



Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında ) - 15 manat



Nikahın pozulmasının qeydə alınması - 2 manat



(digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə)



Övladlığa götürmənin qeydə alınması - pulsuz



Atalığın müəyyən edilməsinin qeydə alınması - pulsuz



Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması - 10 manat



Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi - 2 manat



(Notariat fəaliyyəti)



Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə) - 20 manat (3 manat x/h)



Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-Bakı şəhərində) - 200 manat (30 manat x/h)



Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-digər şəhər və rayonlarda) - 80 manat (12 manat x/h)



Daşınmaz əmlak barədə müqavilənin təsdiqi (yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün) - 20 manat (3 manat x/h)



Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə) - 25 manat (3,75 manat x/h)



Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi (müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə) - 50 manat (7,5 manat x/h)



Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə) - 10 manat (1,50 manat x/h)



Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə) - 15 manat (2,25 manat x/h)



Kredit müqavilələrinin təminatı kimi bağlanan girov (ipoteka) müqavilələrinin təsdiqi (dəyəri 2000 manatadək) - 5 manat (0,75 manat x/h)



Kredit müqavilələrinin təminatı kimi girov (ipoteka) müqavilələrinin təsdiqi (dəyəri 2000 manatdan 5000 manatadək) - 20 manat (3 manat x/h)



Kredit müqavilələrinin təminatı kimi girov (ipoteka) müqavilələrinin təsdiqi (dəyəri 5000 manatdan çox olduqda) - 30 manat (5500 manatdan çox olduqda 4,50 manat x/h)



İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində) - 110 manat (16,5 manat x/h)



İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (digər şəhər və rayonlarda) - 44 manat (6,6 manat x/h)



Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində) - 55 manat (8,25 manat x/h)



Qarışıq müqavilənin təsdiqi (qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün - digər şəhər və rayonlarda) - 22 manat (3,3 manat x/h)



Vəsiyyətnamələrin təsdiqi - 10 manat (1,50 manat x/h)



Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər ər(arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) - 10 manat (1,50 manat x/h)



Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə) - 10 manat (1,50 manat x/h)



Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər digər fiziki və hüquqi şəxsdirsə) - 80 manat (12 manat x/h)



Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) - 10 manat (1,50 manat x/h)



Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi (tərəflər digər şəxslərdirsə) - 20 manat (3 manat x/h)



Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə) - 10 manat (1,50 manat x/h)



Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilərsə) - 20 manat (3 manat x/h)



Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə) - 5 manat (0,75 manat x/h)



Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilirsə) - 10 manat (1,50 manat x/h)



Vərəsəlik hüququ haqqında şəhadətnamələrin qanunla müəyyən edilmiş bütün növbəli vərəsələrə verilməsi (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) - 20 manat



Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (vərəsə digər şəxsdirsə) - 40 manat



Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi - 10 manat



Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi - 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat (dövlət rüsumu məbləğində x/h)



Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün - 2 manat



Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) - 5 manat



Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi - 20 manat



Dəniz protestlərinin tərtib edilməsi - 20 manat



İcra qeydlərinin aparılması - 10 manat



Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi - 5 manat



Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbul edilməsi - 5 manat



Notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılması (1 saat üçün) - 10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)



Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi - 5 manat



Xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair apostil verilməsi üçün sənədlərin qəbulu - 10 manat



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti



Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması - pulsuz.


Teqlər:
Bu xəbər cəmi 865 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR