Azərbaycanın tanınmış və peşəkar bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu "Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən, oktyabrın 27-dən etibarən işə başlayacaq.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, E.Əliyev bu gün MərkəziBankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, "Bank Technique”nin mərkəzi ofisinə gedib.
Modern.az saytına verilən məlumata görə, E.Əliyev banka əvvəlki komandasını qaytarır.
Xatırladaq ki, E.Əliyev bir müddət əvvələ qədər "Texnikabank” adlanan bankın Müşahidə Şurasınarəhbərlik edib.O,2012-ci ilin mart ayında vəzifəsindən çıxarılmışdı.
E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu.Bir müddət həbsdə saxlanılan E.Əliyev bu yaxınlarda azadlığa buraxılmışdı.
"Texnikabank” Etibar Əliyevdən alınandan sonraadı dəyişdirilərək, "Bank Technique” edilib.Bu bank Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Qısa müddətdən sonra "Bank Technique” çökdürüldü. Hazırda bank müflis vəziyyətdədir.