Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyevə icra başçısından şikayət edən şəxsə təzyiqlər var

İlham Əliyevə icra başçısından şikayət edən şəxsə təzyiqlər var
Xocalıda can qoyan 75 yaşlı müharibə əlilinin işığını və suyunu kəsiblər


 



Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, bina 61-a sakini Əli Nəbiyevin “Azadlıq”a müraciəti əsasında ötən saylarımızda material dərc etmişdik. Prezident Ilham Əliyevə üz tutan Qarabağ müharibəsi əlili, Xocalıdan məcburi köçkün, ehtiyatda olan zabit, eyni zamanda “Xocalı” kiçik müəssisəsinin təsisçisi Əli Nəbiyev eks-prezident Heydər Əliyevin şəhər meri Rəfail Allhverdiyevə tapşırığı əsasında  “Xocalı” kiçik müəssisəsi üçün torpaq sahəsi ayrıldığını və  bina tikiləcəyini bildirib.



Lakin bina tikintisi baş tutmadığı üçün Ə.Nəbiyev Rusiyadakı tanışlarından borc pul alıb və bu məsələni yarımçıq da olsa reallaşdırıb. 2011-ci ilin sentyabrında isə Nərimanov icra aparatının başçısı ona kirayəyə çıxmağı, binanın isə 2012-ci ilin iyulunda tam tikilib sənədləriylə veriləcəyini deyib. Xocalı sakinini 2012-ci ilin mayında icra aparatına çağıraraq sökülən binaya üç milyon beş yüz min manat ayrıldığını və pulu onların alması üçün vəkalət istəyiblər. Şikayətçi binanı tam qurtarandan sonra sənədləriylə birgə vəkalət verəcəyini qarşı tərəfə söyləyəndən sonra isə icra başçısı kirayə pulunu verməyib və binanı tikib qurtarmayıb. Şikayətçinin bununla bağlı mətbuata açıqlamasından sonra da ona qarşı təzyiqlər başlayıb: “Həştərxanın meri prezidentin başının üstündən keçib adi bir icra başçısının görüşünə gedir. Abdin Fərzəliyev dövlət rəhbərlərinə məhəl qoymur. Üzləşdiyim problemlə bağlı ”Azadlıq” və “Gündəm” qəzetində çıxan yazılardan sonra icra başçısı Naxçıvanın Şərur rayonundan 200 nəfəri Ağa Nemətulla küçəsində “Xocalı” kiçik müəssisəsinə tikilən binanın qapısına yığdı. Onlar məni təhqir etdilər, elektrik və su xəttini kəsdilər, lifti dayandırdılar.



Cənab prezident! Mən vətən üçün 4 il döyüşmüşəm. Bütün qohum-qardaşımı torpaq üstündə itirmişəm. Ermənilər ağzımın içinə güllə atıblar, dişlərimi kəlbətinlə çəkiblər. Erməni cəlladları qollarımı sındırıblar. Atanız Heydər Əliyev bilsəydi ki, mənə etdiyi yaxşılığın sonu belə müşkül olacaq, yəqin “Xocalı” müəssisəsinə bu torpağı ayırmazdı. Şəxsən sizə 10 ərizə, həyat yoldaşınız Mehriban xanıma 5 ərizə, qızınız Leyla xanıma da ərizə yazmışam. Prezident Administrasiyaının rəhbəri Ramiz Mehdiyevə, prezidentin köməkçisi Əli Əsədova 10 ərizə yazaraq qəbulunda da olmuşam.  “Qaçqınkom”un rəhbəri Əli Həsənova da ərizələr yazmışam. Lakin Nərimanov rayon icra başçısı sizə və onlara məhəl qoymur. Siz buna nə ad verərsiniz?”



(Azadlıq)


Teqlər:
Bu xəbər cəmi 1100 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR