2013-cü ilin birinci rübündə ölkədə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz artaraq 12,9 milyard manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Hesabata görə, ÜDM-in əhalinin hər nəfərinə həcmi 1,7 faiz artaraq 1399,6 manat (1783,6 ABŞ dolları) təşkil edib.
Əlavə dəyərin 48,7 faizi neft-qaz sektorunda, 51,3 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunub.
Neft-qaz hasilatı və istehsalı sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz azalıb, qeyri-neft sahələrində isə 11,4 faiz artıb.
Cari ilin ilk üç ayı ərzində sənayedə 6,8 milyard manatlıq və ya ÜDM 52,3 faizə qədər, kənd təşərüffatı, meşə təsərrüfatı və balıqçılıqda 296,0 milyon manatlıq (2,3 faizi), tikintidə 1010,8 milyon manatlıq ( 7,8 faizi), ticarət və nəqiliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 1077,3 milyon manatlıq (8,3 faizi), nəqiliyyat və anbar təsərrüfatında (6,1 faizi), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 275,9 milyon manatlıq (2,1 faizi), informasiya və rabitə xidmətlərində 230,1 milyon manatlıq (1,8 faizi), sosial və digər xidmətlər sahəsində isə 1668,8 milyon manatlıq (12,9 faizi) əlavə dəyər istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edir.