Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rabitədə “MTN işi” ilə bağlı həbslər başladı - Direktorun yaxın ətrafı hədəfə alındı

Rabitədə “MTN işi” ilə bağlı həbslər başladı - Direktorun yaxın ətrafı hədəfə alındı


Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasının səhəri gün saxlanılan və dərhal da işdən azad edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovdan sonra rəhbərlik etdiyi qurumda ciddi proseslər baş verir.



Mia.az «Reytinq» qəzetinin bugünkü sayına istinadən xəbər verir ki, artıq Eldar Mahmudovun bibisi qızının həyat yoldaşı olan Beytulla Hüseynovun digər qardaşı, MTN-in Bilgəhdəki sanatoriyasının direktoru Ramiz Hüseynov vəzifəsini itirmək üzrədir.



Əsl sensasion hadisə isə indilikdə onun bir neçə gün əvvələ qədər baş direktoru olduğu BTRİB-də yaşanır. Belə ki, artıq Beytulla Hüseynovun ən etibarlı kadrlarını həbs etməklə yanaşı, istintaqa da cəlb etməyə başlayıblar.



Rabitədəki məlumatlı şəxsin sözlərinə görə, BTRİB-in baş mühasibi Anar Mustafayev və digər bir neçə nəfər də saxlanılıb. Onlar Beytulla Hüseynovun qurumdakı ən sadiq adamları olub: «Əlbəttə, strateji bir rayonda – Səbailin ərazisində yerləşən  BTRİB-də qurğu quraraq, ölkənin ali rəhbərliyi də daxil olmaqla, istədikləri adamların telefonlarını dinlətdirmək onların hər birinə çox baha başa gəlməliydi və gəlir də. Düzdür, baş mühasib Anar Mustafayevin həbs edilməsini ilk baxışdan BTRİB-dəki korrupsiya ilə əlaqələndirənlər ola bilər. Ancaq məsələ burasındadır ki,  geniş ictimai kəsimdən fərqli  olaraq, rabitəçilər Anar Mustafayevin, əslində, Beytulla Hüseynovun yanında hansı səviyyədə etibar sahibi olduğunu, onun idarədəki rəsmiləri necə nəzarətdə saxlamasını bilirlər. Böyük ehtimala Beytulla Hüseynovun saxlanılmasından az sonra istintaq BTRİB-də kimin kim olduğunu qısa zamanda araşdırıb və sərt addımlarını həyata keçirib».



Məlumatlı şəxs deyir ki, hazırda Beytulla Hüseynov və onun BTRİB-dəki «kruqu»nun dövlətin maraqlarına zərbə vuran əməlləri ilə bərabər, onların sahib olduqları varidatların hansı mənbələrdən qazanılması da ciddi araşdırılır:



«Bəli, açıq demək lazımdır ki, uzun illər Eldar Mahmudovun himayəsi altında olan Beytulla Hüseynovun cəzasızlıq mühitindən istifadə edərək, sözün əsl mənasında oliqarxa çevrilmişdi. Onun Bakıda milyonluq obyektləri, özəl internet şirkəti (bacısı oğlu Azər İbrahimov rəhbərlik edir), Türkiyədə Sədərək Gömrüyünü keçmiş müdiri Səfər Əliyevlə şərikli biznesi, o cümlədən Antaliyada otel və tikinti biznesi haqda xəbər yayılıb. 



Məlumat üçün deyim ki, bu, o Səfər Əliyevdir ki, oğlu Ceyhun Əliyev iki gün əvvəl MTN Astara rayon şöbəsinin rəisi vəzifəsindən azad edildi. Sözsüz ki, Beytulla Hüseynovun onunla biznesi də ciddi təhlükəyə düşəcək. Bundan əlavə, Beytulla Hüseynovun qızının həyat yoldaşı da MTN əməkdaşıdır, xaricdəki diplomatik nümayəndəliklərdən birində çalışır. Şübhə yoxdur ki, onu da geri çağırıb, işdən azad edəcəklər.



Yeri gəlmişkən, onu da bildirim ki, Beytulla Hüseynov BTRİB-in tikinti-təchizat idarəsinə nəzarəti həyata keçirən bacısının həyat yoldaşı Ceyhun və kirvəsi, Sədərək gömrüyünün keçmiş əməkdaşı Bayram da hazırda istintaqın hədəfindədirlər».



Məlumatlı şəxs deyir ki, BTRİB-in rəisi Beytulla Hüseynovun saxlanılması rabitədə «vurulmaları»n sayını da artıracaq: «Sözsüz ki, Nizami Telefon Qovşağının rəisi Fətulla Seyidov da bu «dalğa»nın qurbanı olacaq. Baxmayaraq ki, o, bir neçə gün əvəl ciddi-cəhdlə Beytulla Hüseynovla qohum deyil, gənclikdə Naxçıvanda bir yerdə işlədiklərini deyərək, onunla münasibətlərinin o qədər dərin olmadığını uydurmağa cəhd elədi. Ancaq sirr deyil ki, o, yalan danışır. O qədər yalan danışır ki, əgər Anar Mustafayevlə qohum olduğunu da sabah danarsa, buna da təəccüblənmərəm».



 



Mənbə bildirir ki, hazırda Beytulla Hüseynovu BTRİB-də texniki direktor Rəsul Qurbanov əvəzləyir.


Teqlər:
Bu xəbər cəmi 2215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR