Pulunuz zədələnib və xərcləyə bilmirsiz? - Bu videoya baxın
Zədələnmiş pulu xərcləmək vətəndaşlar üçün müşkülə çevrilir. Kimdənsə belə pulu götürənlər dəyişmək əvəzinə yenə də diqqət çəkmədən başqasına ötürməyə çalışırlar.
“Qafqazinfo” xezerxeber.com-a istinadən xəbər verir ki, qanunvericiliyə görə belə pulların dəyişirilməsi üçün xüsusi qaydalar tətbiq edilir.
Mərkəzi Bank haqqında qanunun xüsusi bəndində deyilir ki, əskinasın səthinin 60 faizdən az olmayan hissəsi zədələnməyibsə pulun tam dəyəri vətəndaşa ödənilməlidir.
Bunun müəyyən etmək üçün hər pula uyğun 200 damadan ibarət cədvəldən istifadə olunur. Zədələnən pul cədvəlin üzərinə qoyulur və mövcud hissəsinin ətrafı qələmlə işarələnir. İşarələnmiş hissəsinin daxilində qalan tam damaların sayı ilə tam olmayan damaların sayının yarısı toplanılır, alınan damaların sayı 120-dən az olmadıqda əskinazın dəyəri tam ödənilir.
Belə əskinazları bütün banklar və onların filialı şəxsiyyət vəsiqəsini təqdim etməklə dəyişdirməlidir.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.