Aprelin 14-nə keçən gecə Məğrur Qasımova məxsus «VAZ-2107» markalı avtomobil Zabrat qəsəbəsi Oktyabr küçəsindən qaçırılıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil saat 16 radələrində Zabrat qəsəbəsi yeni yaşayış sahəsində sökülmüş vəziyyətdə tapılıb və hadisəni törədən qəsəbə sakinləri - Səfər Dadaşov, Şəhriyar Heydərov və Elbəyi Abbasquliyev yaxalanıblar.
Aprelin 11-də Sabunçu qəsəbəsi Bünyadov küçəsində yaşayan Elmira Əvəbəvəzinin evindən açar seçmə yolu ilə 500 manat və qızıl-zinət əşyaları oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elsevər Şükürov aprelin 14-də yaxalanıb.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əmrah Məmmədov, Ağa Məsimov, Kənan Fərəcullazadə, Aslan Abbasov və Bədirxan Xasanov aprelin 14-də yaxalanıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar ötən il dekabrın 24-nə keçən gecə Vidadi küçəsində yaşayan Yaşar Həşimovun mənzilindən pul və digər əşyalar, bu il yanvarın 21-nə keçən gecə İ.Qutqaşınlı küçəsində yerləşən, Məmməd İbrahimova məxsus mağazadan 465 manat, danışıq kartları və tütün məmulatları, aprelin 9-na keçən gecə H.Cavid prospektində yerləşən, Arif Quliyevə məxsus mağazadan noutbuk və məişət əşyaları, aprelin 10-da isə Mehman İmamverdiyevə məxsus mağazadan 90 manat, danışıq kartları, şirələr və tütün məmulatları oğurlayıblar.
Aprelin 13-nə keçən gecə Rəhim Əsədova məxsus «QAZ-31029» markalı avtomobil Ə.Rəcəbli küçəsindən qaçırılıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini Murad Həsənov tutulub.
Bakı Şəhər BPİ NMİ və Səbail RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Roman Məmmədovdan 6 qramdan artıq, ona narkotik vasitəni satan Elman Abbasovun Mirzəyev küçəsindəki evindən isə 480 qramdan artıq marixuana aşkar edilib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Məhəmməd Mehdiyev aprelin 13-də yaxalanıb. Araşdırmalar zamanı məlum olub ki, o, ötən il noyabrın 23-nə keçən gecə A.Məhərrəmov küçəsində Rüfət İsayevə məxsus «Nissan» markalı avtomobildən ətir, Salman Hacıyevin idarə etdiyi «Mersedes» markalı avtomobildən isə şüşəni sındırma yolu ilə 1700 manat və saat oğurlayıb. Bundan başqa, bu il yanvarın 29-na keçən gecə H.Seyidzadə küçəsində Bəhruz Astanova məxsus «Tayota» markalı avtomobildən noutbuk və sənədələri qanunsuz olaraq götürüb.
Səbail RPİ QŞVŞ əməkdaşları Pakistan vətəndaşı Mehmood Amjadı qeydiyyatsız yaşadığı üçün onun barəsində İXM-nin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.