İmişli rayonunda 2015-ci ilin 9 ayı ərzində sоsiаl-iqtisаdi inkişаfının yеkunlаrınа və qarşıda duran vəzifələrə həsr оlunmuş hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən icra başçısı Vilyam Hacıyev prezident İlham Əliyev 12 oktyabr 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxış haqda danışıb. Ölkə iqtisadiyyatında əldə olunan uğurlarda İmişli rayonunun da payının olduğunu bildirən V. Hacıyev deyib ki, 2015-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 263.336.800 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilib ki, оnun 93.102.600 manatı və ya 35,3 faizi sənaye, 91.341.900 manatı və ya 34,7 faizi kənd təsərrüfаtı, 29.674.700 mаnаtı və ya 11,3 faizi tikinti, 42.321.900 mаnаtı və 16,1 faizi ticаrət və iаşə, 6.343.300 mаnаtı və ya 2,4 faizi nəqliyyat, 482.400 mаnаtı və ya 0,2 faizi rаbitə müəssisələrinin payına düşür.
Doqquz ay ərzində və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişib, şəhər son dərəcə müasirləşmişdir: “2015-ci ilin 9 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 637,2 min manatlıq məbləğində iş həcmi yerinə yetirilib. Ağsu-Bəhrəmtəpə dolayı yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulub. Ağsu-Bəhrəmtəpə avtomobil yolunda 106 km-dən 113-cü km-ə kimi cari təmir işləri yerinə yetirilib. Hazırda İmişliyə giriş yolunda 0-7 km sahəsində asfalt-beton qoyulmaq üçün yolun əsası tikilib.
2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanıb, Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olub və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılıb. Nəzərdə tutulmuş layihələr çərçivəsində İmişli rayonunda “Holland Pendiri süd və süd məhsulları” zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə Belçikalı sahibkarlar İmişli rayonunda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırıblar.
2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olub və rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildiriblər. Belə ki, onlar rayon ərazisində Kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra zavodların tikintisi, heyvandarlığın inkişafı ilə bağlı layihələr də artıq reallaşmaq üzrədir”.