Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mükafatlandırıb.
“Qafqazinfo” haqqın.az-a istinadən xəbər verir ki, Putinin bu günlərdə “Xarici vətəndaşların Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsinə dair” imzaladığı sərəncamda Leyla Əliyevanın da adı çəkilir. O, “Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin və mədəniyyətinin qorunması və təbliğatındakı töhfələrinə görə” Puşkin medalına layiq görülüb.
Qeyd edək ki, Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə, xüsusilə Rusiyanın Həştərxan vilayətində böyük layihələr həyata keçirib. Orta məktəbin əsaslı təmiri, knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının istifadəyə verilməsi də bu layihələrin bir hissəsidir.