ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana parlament seçkiləri ilə bağlı müşahidəçi göndərməkdən imtina etməsinə Rusiya növbəti dəfə rəsmi münasibət bildirib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov bildirib ki, belə bir addımla qurum bir sıra ölkələrlə əlaqələrini pisləşdirmək riski ilə üz-üzədir:
“Hesab edirəm ki, bu insident Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə bir sıra ölkələrin münasibətlərinə ciddi təsir edəcək”.