“Bu Şəhərdə”nin kollektivi “ASAN könüllülər” təşkilatının maarifləndirici təşəbbüsü olan “Nəqliyyat bələdçisi” aksiyasına qoşulub.
“Qafqazinfo”nun məlumatına görə, ASAN könüllülər”dən Azərtac-a bildirilib ki, Coşqun Rəhimov, Rəfael İsgəndərov və Müşviq Abbasov “Nəqliyyat bələdçisi” aksiyasına dəstək olaraq vətəndaşları ictimai nəqliyyatdan düzgün istifadəyə çağırıblar.
Qeyd edək ki, “Nəqliyyat Bələdçisi” təşəbbüsü çərçivəsində “ASAN könüllüləri” təşkilatı nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "BakuBus” avtobuslarında sərnişinlərin avtobuslara növbəli şəkildə daxil olması, kartdan düzgün istifadə etməsi, avtobuslara daxil olarkən və düşərkən müvafiq təlimatlara riayət etməsi qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirəcək.
“Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə keçirilən layihədə 500-ə qədər könüllünün iştirakı nəzərdə tutulub.