“Suriyadakı əməliyyatlar sübut etdi ki, Rusiya terror və digər təhdidlərə adekvat, effektiv cavab verməyə hazırdır”.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla prezident Vladimir Putin çıxış edib.
Prezident Putin, həmçinin Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlarda iştirak edən rus hərbçilərinə qəhrəmanlıqlarına görə təşəkkür edib.
Xatırladaq ki, Rusiya sentyabrın 30-da Suriya prezidentinin istəyi ilə bu ölkədəki İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına start verib.