Prezident İlham Əliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini ilə bağlı sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Mədət Quliyev bu posta təyin edilib.
Qeyd edək ki, Mədət Qəzənfər oğlu Quliyev hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenantdır.
Xatırladaq ki, bu vaxta qədər milli təhlükəsizlik nazirinin birinci müavini postunu general-leytenant Hilal Əsədov tuturdu. Prezidentin bu sərəncamı onu göstərir ki, nazir Eldar Mahmudovla bərabər H. Əsədov da artıq öz vəzifəsindən azad edilib.