Sabah Milli Məclisin IV çağırışda son plenar iclası keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 33 məsələ daxildir. Bunlar oktyabrın 13-14-ü müzakirə olunan 2016-cı il üzrə büdcə zərfinin təsdiqi, bir neçə ölkə ilə Azərbaycan dövlətinin imzaladığı sazişlər, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “İnformasiya əldə etmək haqqında”, “KİV haqqında” və digər qanunlara ediləcək dəyişikliklərdir. Sabah keçiriləcək iclasda həmçinin maliyyə naziri Samir Şərifov büdcə müzakirələri zamanı millət vəkillərinin səsləndirdiyi təkliflərə cavab verəcək.
Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.