Xəbər verdiyimiz kimi Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri - “M.Trans” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
“Qafqazinfo”ya şirkətdən verilən məlumata görə, yeni rəhbər təyin olunub, lakin o şəxs mətbuatda adı çəkilən xalq artistinin oğlu deyil, Teymur Aslanovdur. Həmin şəxsin kimliyi ilə bağlı məlumat əldə etməyə çalışsaq da, şirkət onun haqda məlumat verməkdən imtina etdi.
Qeyd edək ki, mətbuatda bu posta xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun gətirilməsinə dair xəbərlər yer almışdı.
Xalq artisti də Modern.az-a açıqlamasında oğlunun sözügedən şirkətdə çoxdan çalışdığını, lakin rəhbər vəzifəyə gətirilmədiyini açıqlamışdı.