Antiterror Mərkəzinin məşhur rəis müavini İlqar Əliyev və general Teymur Quliyev qandallandılar!
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə starat verilib.
Nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.