Qazax sakini maraqlı ixtira edib.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, yeni texnika traktor və böyük texnikaların kiçik sahələrdə görə bilmədiyi işi asanlıqla həyata keçirir.
Tahir Qurbanov otlaq sahələrində və üzüm bağlarında otları biçən maşını müxtəlif texnikaların ehtiyat hissələrindən yığıb. Qazaxın Xanlıqlar kəndində yaşayan fermer uzun illərdir kənd təsərrüfatı ilə məşğuldur. O, üzüm bağında işin səmərəliliyini artırmaq və maddi cəhətdən məsrəfə yol verməmək üçün bu kiçik otbiçəni düzəldib.
İdarə edilməsi o qədər də çətin olmayan yeni ixtira fermerə 400 manata başa gəlib. Qazaxın Xanlıqlar kənd sakini kiçik ot biçənlə bu payız sahələrdə xeyli iş görüb.