Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın xarici ticarətində fantastik azalma

Azərbaycanın xarici ticarətində fantastik azalma


2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin ilin 9 ayının nəticələrinə dair hesabatına görə, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 4275,2 manata bərabər olub.



“Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, hesabata görə, sənaye sahəsində istehsal olunan məhsulların 62,6 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 7,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.



Mədənçıxarma sektorunda məhsul istehsalı 1,4 faiz, o cümlədən, əmtəəlik qaz hasilatı 4 faiz artıb, neft hasilatı isə 2,1 faiz azalıb. Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir.



Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Eyni zamanda iri və xırda buynuzlu heyvanların sayında artım var. Bu ilin 9 ayının göstəricilərinə görə, kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 14,082 milyard ABŞ dolları olub. Məlumatların müqayisəsi göstərir ki, ölkənin xarici ticarət dövriyyəsi bu ilin 8 ayında 10 milyard dollar (36 faizdən çox) azalaraq 27,6 milyard dollardan 17,6 milyard dollara qədər düşüb. İxrac 47 faizə qədər və ya 10,3 milyard dollar azalıb.



İxracın idxalı üstələməsi nəticəsində 2284,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. İdxal olunmuş məhsulların həcminin 22,3 faizi MDB üzvü ölkələrinin, 29,6 faizi Avropa Ittifaqı ölkələrinin, 48,1 faizi isə digər ölkələrin payı təşkil edib.



Təəssüfedici məqam odur ki, ixracımızın cəmi 3.8 faizi MDB ölkələrinin, 60 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Azərbaycanın qeyri-neft sektorunda ixracı, əsasən, MDB ölkələri tutur. Avropa ölkələrinə isə yalnız neft və neft məhsulları ixrac edə bilirik. MDB ölkələrinə 3.8 faizlik ixrac bizim qeyri-neft ixracımızın vəziyyətini göstərir.



Əhalinin istehlak məhsullarına olan tələbat da kifayət qədər yüksəlib. İlin əvvəli ilə müqayisədə təqribən 6 faizə yaxın artıb. DSK-nın yanvar-sentyabr aylarına olan məlumatına görə, əhalinin nominal gəlirləri 5,8 faiz artaraq 30,1 milyard manata çatıb. Gəlirlərin 75,6 faizi son istehlaka, 9,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,1 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.



Bəs xarici ticarət dövriyyəsində və ixracdakı azalma Azərbaycana nə vəd edir? Bu azalma gələn ilin büdcəsində özünü hansı formada göstərə bilər?



İqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanın xarici ticarət dövriyyəsində 10 milyardlıq azalma ciddi rəqəmdir. N.Əliyevin sözlərinə görə, ixracda da 10.3 milyard dollar azalma da tendensiyanın pis istiqamət götürdüyünü deməyə əsas verir: “Xarici ticarət dövriyyəsindəki azalma dinamikasını izləsək görərik ki, azalma zaman keçdikcə daha da böyüyə bilər. Neftin dünya bazarındakı qiymətlərinin bu prosesə təsiri danılmazdır. Amma hökumətin görməli olduğu işləri reallaşdırmaması xüsusi şəkildə nəzərə çarpır. Axı ölkənin ixracında, ticarət dövriyyəsində kəskin azalmaların baş verəcəyi gözlənilən idi. Bunu xarici mütəxəssislər də anons edirdilər. Qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi vurğulanırdı”.

N.Əliyev bildirdi ki, ixrac yönümlü fəaliyyətin gücləndirilməsi üçün hökumət gərəkən addımları ata bilməyib.



Xarici ticarət dövriyyəsinin kəskin azalmasının daxili iqtisadi münasibətlərə öz təsirini göstərdiyini deyən N.Əliyev bildirdi ki, ölkənin qeyri-neft sektoruna kapital yatırımı 1 milyard manata yaxın azalıb. Burada isə o nəticəyə gəlmək olur ki, baş verənlərlə bağlı hökumətin konkret planı yoxdur: “Axı belə bir məqamda qeyri-neft sektorunun inkişafınını zəruri olduğu halda, nəyə görə qeyri-neft sektorundan bu qədər kapital kəsilib? Kapital yatırımları 2 milyarda yaxın azalıb, mədən sənayesində 5.8 milyard manat, ümumi sənaye sahələrində çalışanların gəlirləri 3.5 milyard manat azalıb. Emal sənaye sahələrinin 41 faizdən çoxunda azalma qeyd alınıb. Yerdə qalan sahələrdə isə istehsalın templəri aşağı düşüb”.



N.Əliyev hesab edir ki, xarici ticarət dövriyyəsindəki bu qədər azalma iqtisadiyyat üçün ciddi siqnaldır. Bu azalma ölkənin tədiyyə balansını da dəyişdirəcək. İdxaldakı artım hökumətin 2 milyardlıq müsbət saldo göstəricilərini də alt-üst edəcək”. N.Əliyevin fikrincə, hökumətin sahibkarların əl-qolunu bağlayan addımlardan çəkinməsi sözdə deyil, əməldə görünməlidir.


Teqlər:
Bu xəbər cəmi 1070 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR