Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yumurta niyə bahalaşdı? - 18 qəpik

Yumurta niyə bahalaşdı? - 18 qəpik


Bu gün paytaxtın bir çox ticarət mərkəzlərində, xüsusilə də xırda mağazalarda yumurtanın bir ədədi 18 qəpikdən satışa çıxarılıb.



“Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, metronun “28 may” stansiyasının yaxınlığındakı mağazalarda yumurta 18 qəpiyədir. İri ticarət mərkəzlərində yumurta 13-14 qəpiyə təklif edilir. Topdansatış müəssisələrində isə 10-11 qəpiyədir. Halbuki ötən həftə yumurta 8 qəpiyə təklif edilirdi.



Hazırda ölkədə ildə 1 milyard 300 milyon ədəd yumurta istehsal edilir. Ölkə əhalisinin yumurtaya tələbatı isə 2 milyard 600 milyon ədəddir.



Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov sayta deyib ki, mövsümlə əlaqədar yumurtanın qiymətində artım müşahidə edilir. Lakin indiki artım olduqca böyükdür: “Hazırda Ukraynada yumurtanın qiyməti 5 qəpikdir. Rusiyada 6, Gürcüstanda 6-7 qəpik arasında dəyişir. Azərbaycanda isə sahibkarlar sövdələşməyə gedirlər. Ölkəyə digər sahibkarların yumurta gətirməsinə imkan verilmir. Yumurta istehsalı, satışı bir dairədən idarə olunduğu üçün istənilən zaman qiymətləri dəyişə bilirlər”.



Ekspertin sözlərinə görə, ölkəyə tələbata uyğun yumurta gətirilərsə, qiymətlər aşağı salına bilər: “Mövsümlə əlaqədar istehsal zəifləsə də hazırda bir yumurtanın maya dəyəri 7-8 qəpikdən çox deyil. Təəssüf ki, bu sahədə rəqabət yoxdur. Buna görə də yumurtanın qiymətini istənilən vaxt artırıb-azaldırlar”.



İqtisadiyyat və Sənaye Nazirliyindən isə qiymətlərin artırılması ilə bağlı məlumatlı olmadıqlarını deyiblər.


Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR