Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclasına start verilib.
“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, iclas Akmola vilayətinin Burabay qəsəbəsində keçirilir. İclasda səkkiz ölkənin dövlət başçıları – Ermənistan prezidenti Serj Sarkisyan, yeni seçilən və ilk səfərini Qazaxıstana edən Belarus dövlət başçısı Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya dövlət başçısı Vladimir Putin, Tacikistan lideri Emomali Rahmon və Özbəkistan prezidenti İslam Kərimov - iştirak edir.
Tədbir Rixos Burabay Hoteldə baş tutur.