Gənclər və İdman naziri Azad Rəhimov bu gün Masallı Gənclər Mərkəzində Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib. "Qafqazinfo"ya daxil olan məlumata görə, ümumilikdə qəbulda 30-dan artıq vətəndaş iştirak edib.
İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi və sairə olub.
Qeyri hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və təmiri gənclər sahəsində olunan əsas müraciətlər istiqamətində olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.