Sosial şəbəkələrdə 3-12 yaşlı 12 uşağın qəfildən dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılıb.
AzNews.az xəbər verir ki, yayılan məlumatlara görə, meyitlərin yarılması nəticəsində məlum olub ki, uşaqların hamısı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. O da bildirilir ki, reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər: "Hazırda polis iş üzrə araşdırma aparır. Amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur".
Hətta məlumatda uşaqlara verilməməli olan dərmanların siyahısı da qeyd olunub.
Həmin dərmanların siyahısı:
Amoksiçilin
Kapesula
Ubuprofen
Аklofenak
Sumamed
İnqalipt
Аntisept
İnflyucid,
Detskiy Panadol
Sanasol
Məlumatda o da qeyd olunub ki, bu dərman pereparatlarının qəbulunu heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülnədək məhdudlaşdırmaq lazımdır: “Hər hansı allergiya ilə qarşılaşan zaman 0,5- 1 həb Ketotifen və ya 10-15 damcı Fenistil qəbul etmək lazımdır”.
Səhiyyə Nazirliyi isə məsələyə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu səpkili məlumatlar vaxtaşırı müxtəlif dövlətlərdə yayılıb (Rusiyada, Qazaxıstanda, Gürcüstanda, eləcə də bizdə ). Ötən il, elə iki ay öncə də bizdə belə yanlış məlumat yayılmışdı. Bunun nə mənbəyi, nə də ki, əsası var. Bu, sadəcə əhali arasında panika yaratmağa xidmət edən absurd bir məlumatdır”.