Azərbaycan və Dağıstan sərhədində yerləşən Tahirkənd-Qazmalar avtomobil buraxılış məntəqəsi oktyabr ayının 15-dən etibarən 25 gün müddətinə bağlı olacaq.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə RİA "Daqestan"a Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Bu qərar buraxılış məntəqəsinə bitişik ərazidə abadlıq işlərinin aparılması zərurəti ilə əlaqədar qəbul edilib. Məntəqənin fəaliyyəti oktyabrın 15-dən müvəqqəti olaraq dayandırılacaq. Məhdudiyyət müddəti 25 təqvim günü müddətində davam edəcək", – deyə agentliyin həmsöhbəti bildirib.