Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“İstəyirsən kilsə tik, amma məscid olmaz” - İcra başçısının müavini

“İstəyirsən kilsə tik, amma məscid olmaz” - İcra başçısının müavini


“Şəmkir rayonunun Zəyəm qəsəbəsində camaatın illərdir qəpik-qəpik yığdığı pulla tikilən məscidi icra hakimiyyəti sökdürmək istəyir”.



“Qafqazinfo” xəbər verir ki, özünü qəsəbənin axundu və müəllim kimi təqdim edən Məmməd Məmmədov AzadlıqRadiosuna belə deyir.



Onun sözlərinə görə, dəfələrlə onlara məscidin qanunsuz olmasıyla bağlı xəbərdarlıq edilib:



- Ancaq məscidin tikildiyi torpaq qanunidir, hər bir sənədi var. Deyirlər ki, məscidin tikintisinə icazə verilməlidir. Biz də cavab verdik ki, “icazə verin də”. İmtina etdilər.



- Nə deyib imtina etdilər?



- Dedilər ki, “Bakının razılığı olmasa, biz icazə verə bilmərik”. Sonra da xəbərsiz-ətərsiz gəlib töküldülər ki, “məscidi sökürük”. Günbəzi götürdülər. Qəsəbənin camaatı yığışdı - nə bilim, 300- 500 nəfər olardı – divarları sökməyə qoymadılar. Bizə deyirlər ki, “nə tikirsən tik, bircə məscid tikmək olmaz, dövlət icazə vermir”. Dövlətin adından yalan danışırlar. Axı bundan gözəl əməl nə ola bilər ki? Camaat yığışıb məscid tikir. Torpağı da mən vermişəm.



- Torpaq sizindir?



- Bəli, şəxsi torpağımdır. Allaha xatir vermişəm. Camaat çox narazıdır bu olanlardan. Onların narazılığını görəndə icra başçısının müavinləri bildirdilər ki, “sənədlərinizi toplayın, gəlin”. Nə sənəd? Məscid tikilib. O tikilini niyə uçurdaq ki? İcazə versinlər, məscid də işləsin. Deyirlər ki, “nə tikirsən tik, məscid olmaz”. Soruşuram ki, “bəs nə tikək?” İcra başçısının müavini deyir ki, “kilsə tik”. Beləsinə nə cavab verəsən? Özü də icra başçısının müavinidir. Mən indi ad deməyəcəm. Lazım gəlsə, sonra deyəcəm. Sabah camaat yığışıb yenidən icra hakimiyyətinə gedəcək, görək nə sənəd istəyirlər.



İcra başçısının özünü Mahir kimi təqdim edən köməkçisi isə AzadlıqRadiosuna deyir ki, orada məscid tikilməyib:



“Bir nəfər həyətyanı sahəsində qanunsuz, icazəsiz şəkildə nəsə tikib. İndi də ona günbəz qoyub məscid kimi təqdim edir. Məscidin tikintisilə də biz yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğuldur. Biz demişik onlardan icazə alın”.



Dini Qurumlarla İş ürzə Dövlət Komitəsi isə məsələ ilə bağlı sualı cavablandırmayıb.


Teqlər:
Bu xəbər cəmi 1040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR