Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabir Rüstəmxanlı Faiq Ələkbərovun ittihamına münasibət bildirib

Sabir Rüstəmxanlı Faiq Ələkbərovun ittihamına münasibət bildirib


Artıq dördüncü gündür ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyi qeydiyyata alınan namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Hətta imza vərəqələrini doldurub dairə seçki komissiyasına təqdim etməyən iştirakçılarla yanaşı, namizədliyi siyasi partiya tərəfindən irəli sürülən və ancaq partiya tərəfindən imzatoplama kampaniyasında iştirakına əngəl törədilən şəxlər də oldu. Belə iştirakçılardan biri namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən irəli sürən Faiq Ələkbərovdur. F. Ələkbərov partiyanı və rəhbərliyini onu aldadaraq seçkilərdə iştirakdan kənarda saxlamaqda ittiham edir:



“Mənim millət vəkilliyinə namizədliyimi 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən irəli sürən VHP rəhbərliyi sözünü tutmadı. Bu təklifin təşəbbüsçüsü olan VHP rəhbərliyi, əvvəlcə imzaların 3-4 günə bitəcəyini mənə dəsə də, daha sonra "sizin namizədliyinizin qeydiyyata alınmasına "yuxarıdan" təzyiqlər var" iddiasıyla nə lazım olan imzaları topladı, nə də imza vərəqlərini mənə verdi ki, özüm toplayım. Yəni müxtəlif bəhanələrlə imza vərəqlərim mənə çatdırılmadı, onun üzünü belə görmədim.

Bu anlamda mənim namizədliyimin qeydiyyata alınmamasının əsas səbəbkarı VHP-dir... Əgər VHP hesab edir ki, namizədliyimin qeydiyyata alınmamasına səbəb, mənə dedikləri kimi onlar deyil "yuxarı"dır, buyursun açıqlasınlar... Yəni biz də bilək ki, "yuxarı"dan kim, ya da kimlər mənim namizədliyimin qeydiyyata alınmasını istəməmişdir. Yaxud da, mənim bilmədiyim başqa məqamlar varsa, ona da aydınlıq gətirsinlər...

Ancaq mənim üçün artıq VHP deyilən qurum, özəlliklə bu işdə əsas rol oynayanlar bitmişdir..."




Faiq Ələkbərovun ittihamına münasibət bildirən VHP sədri Sabir Rüstəmxanlı “O, VHP-nin seçki siyahısına da mənim təklifim və xahişimlə salınmışdı” deyərək, bu məslədə bir anlaşılmazlıq olduğunu bildirib:

“Faiq Ələkbərov yazdığı məqalələrin və kitabların ciddi vətəndaşlıq ruhu və elmi - milli dəyəri ilə, insanlıq keyfiyyətləri ilə, qələmiylə apardığı əzmkar mübarizəsi ilə mənə doğma adamdır, hörmət bəslədiyim istedadlı alimlərimizdən biridir. Partiya mənsubiyyəti bir yana, əsil alim üçün bu o qədər də önəmli deyil, amma neçə ildir, biz bir yerdəyik, O, DAK-ın, Azərbaycan Dil Qurumunun milli problemlərimizə həsr olunmuş elmi tədbirlərinin, müzakirələrinin ən fəal iştirakçılarından biridir. O, VHP-nin seçki siyahısına da mənim təklifim və xahişimlə salınmışdı. Arada müəyyən anlaşılmazlıq olsa və bəzi çirkin niyyətli adamlar bundan istifadə edib araya girmək istəsələr də bizim dostluğumuz, əqidədaşlığımız sarsılmazdır. Faiq bəy VHP-dən narazı qalıb fikrini bildiribsə bunu da səmimi və anlaşıqlı qəbul etmək lazımdir. Mən gənclərimizin Faiq bəyin narazılığına səbirsiz yanaşmalarına, onun müəllim fəaliyyətinə kölgə salmağa çalışanların əsassız ittihamlarına qoşulmalarına təəssüfləndim. Əksinə, VHP gəncləri Faiq Ələkbərov kimi sayı o qədər də çox olmayan milli təfəkkürlü alimlərimizi yaxından tanımalı, onun kitablarını oxumalı və ona arxa olmalıdırlar.”


Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR