Milli Məclisin sabah keçiriləcək iclasında 2016-cı il üzrə büdcə zərfi müzakirə olunacaq.
“Qafqazinfo” xəbər verir ki, büdcə zərfi plenar iclasa çıxarılmamışdan əvvəl Milli Məclisin komitələrində müzakirə edilib. Komitə iclaslarında millət vəkilləri büdcə ilə bağlı bir sıra təkliflərini irəli sürüblər.
Qeyd edək ki, büdcə ilə bağlı müzakirələr oktyabrın 14-də davam edəcək.
Xatırladaq ki, 2016- cı il üzrə büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.