Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirə 9 ayın yekunlarına həsr olunub. İclasda yüksək vəzifəli hökumət və dövlət rəsmiləri iştirak ediblər. Ayrı-ayrı sahələrə aid hesabatlar dinlənilib. Dövlət başçısı müşavirədə çıxış edib, müvafiq tapşırıq və göstərişlərini verib.
Yaxın saatlarda müşavirə haqda geniş rəsmi məlumat yayılacaq.
***
Sonra İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Səhiyyə naziri Oqtay Şirəliyev və Təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.