Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hökumət üzvlərindən ibarət nümayəndə heyətinin Gürcüstana səfər edəcəyi tarix məlum olub. Səfər noyabrın 6-na nəzərdə tutulub.
“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə bazar günü “Vzqlyad” qəzetinə Gürcüstan hökumətindən məlumat verilib.
Bundan əvvəl prezident İlham Əliyevin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyi bildirilmişdi.