Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş müğənni Elza Seyidcahanın namizədliyi qeydə alınıb.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, E.Seyidcahan buna görə MSK-ya təşəkkürünü bildirərək qeyd edib ki, bu qərar onun üçün ciddi əhəmiyyət kəsb edir:
“Məni saxtakarlıqda ittiham edirdilər. Bu mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz”.
MSK sədri Məzahir Pənahov isə E.Seyidcahana “yaradıcılıqdan uzaqlaşmayın” deyə müraciət edib.
Xatırladaq ki, daha öncə MSK Seyidcahanın namizədliyini qeydə almamışdı. Buna səbəb kimi isə təqdim edilən 550 imzadan 43-nün saxta, 180-nin isə etibarsız hesab edilməsi olub.