Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir.
Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda daha bir marşrut xətti istifadəyə verilir.
10 oktyabr 2015-ci il tarixindən paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayır.
4 saylı marşrut avtobusunun hərəkət istiqaməti Nərimanov metro stansiyası - Gənclik metro stansiyası – Azadlıq pr. – 28 may metro stansiyası – Xətai pr. olacaqdır.