Azərbaycanda banklardan kredit götürənlərə zamin durmuş şəxslərlə bağlı məlumatlar daha geniş formada açıqlanacaq.
"Qafqazinfo" fins.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən “Məsuliyyətli Mikromaliyyəyə Aparan Yol” adlı İnvestorlar Yarmarkasında Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinin rəisi Elçin Həbibov bildirib. Onun sözlərinə görə, AMB-nin qəbul etdiyi “məsuliyyətli kreditləşmə” tədbirlərinə uyğun olaraq zaminlərin kimliyi ilə yanaşı, onların paralel öhdəlik kimi götürdüyü kreditə görə aylıq ödənişin məbləği, kredit müqaviləsinin müddəti, kreditin hansı məqsədlə alınması, eləcə də kredit öhdəliyinin yerinə yetirilməmiş hissəsi (borcun məbləği) kimi məlumatlar da zaminlərlə bağlı məlumatlara əlavə edilib.