Məşhur supermarketlər şəbəkəsi olan “Araz” Market müştəriləri aldadır.
Alıcılardan biri “Qafqazinfo”ya Masazır yolu üzərində yerləşən “Araz” Marketdə başına gələnləri danışıb. Belə ki, o, 08.10.2015-ci il tarixində saat 17:30 radələrində Masazır yolu üzərində yerləşən “Araz” Marketdə uzərində qiyməti 60 qəpik göstərilən “Gillet”ə kassada 69 qəpik ödəyib: “Ancaq bunlar kifayət deyilmiş kimi “Səba” broylerin istehsalı olan və üzərində çəkisi şəkildən də göründüyü kimi 1.120 qram göstərilən toyuğun çəkisini marketdə 1.978 qram hesablayıb millətin cibinə girirlər. “Araz” Marketdə özünü rəhbərliyin nümayəndəsi kimi təqdim edən şəxs isə “hara istəyirsiniz şikayət edin” deyib”.
“Qafqazinfo” bu faktı təqdim etməklə bərabər bildirir ki, mövzu ilə əlaqədar “Araz” Marketin də mövqeyini dərc etməyə hazırdır.