Ölkə ərazisində oktyabrın 08-i gündüzdən 09-u səhərədək hava şəraiti qeyri-sabit keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu müddət ərzində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub. Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. Havanın temperaturu oktyabrın 08-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.