Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Şöbəsinin müdirinin ərizəsi alındı - İcra başçısının planı

Təhsil Şöbəsinin müdirinin ərizəsi alındı - İcra başçısının planı
Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev işdən çıxması barədə ərizə yazıb. Daha doğrusu, rayonun icra başçısı onu işdən çıxmağa məcbur edib. Mənbənin bildirdiyinə görə, dünən ərizəsi alınan şöbə müdirinin vəzifəsinin icrası inspektor Rafiqə həvalə olunub. İddiaya görə, icra başçısı Lütfəli Babayev rayon Təhsil Şöbəsinin müdiri postunu çoxdan başqasına vermək fikrində olub. Son dövrlər isə Baba Babayevlə aralarında münasibətlərin kəskinləşməsi də bununla əlaqəli imiş. Məlumatda o da qeyd olunur ki, Lütfəli Babayev Baba Babayevin yerinə öz müavini Lalə Əmirəliyevanı gətirmək fikrindədir. Amma Lalə Əmirəliyevanın nüfuzu rayonda xeyli aşağı olduğundan, alternativlər də hazırlanıb. Həmin alternativlərdən biri də Vüsalə xanımdır ki, icra başmısı əvvəlcə onun 1 saylı orta məktəbə direktor, oradan da təhsil şöbəsinin müdiri təyin edə bilər. Bildirək ki, hələ bir neçə gün əvvəl Lalə Əmirəliyeva ilə Baba Babayev arasında qalmaqal yaşanmışdı. Belə ki, Zərdabın icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva sentyabrın 23-də bütün məktəb direktorlarını toplayaraq, seçki ilə bağlı tapşırıqlar verməliymiş. Həmin gün Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev özünü yaxşı hiss etmədiyindən iclasa qatıla bilməyib. Məlumatda vurğulanır ki, yeni müavin təyin edilən Lalə Əmirəliyeva onun səhhətinin dürümünü nəzərə almayaraq, Baba müəllimdən iclasa qatılmasını tələb edib. Hətta müavin bir qədər də irəli gedərək "Sənə kim olduğumu göstərəcəm” deyə şöbə müdirinin hədələyib. Üstəlik, polis və prokurora tapşırıq verib ki, Baba Babayevi sürünməli də olsa onun yanına gətirsinlər. Elə mərəkə də bundan sonra qopub. Məlumatda deyilir ki, qısa müdəətdə Zərdab Təhsil Şöbəsinin qarşısı polis işçiləri ilə dolub. Baba Babayevi aparmaq üçün gələn polislər isə tez bir zamanda əraziyə Təcili Tibbi Yardım çağırmalı olublar. Məlumatda deyilir ki, buna səbəb şöbə müdirinin vəziyyətinin daha da pisləşməsi olub. Şəkəri qalxan Babayevi həkimlərin səyi nəticəsində özünə gətirə biliblər. Və ardından evə götürülüb. Qeyd edilir ki, Baba Babayev polis orqanlarının yanında rəsmi olaraq bəyan edib ki, əgər başına bir iş gələrsə, məsuliyyətini Lalə Əmirəliyeva daşıyacaq(Jam.az). Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR