Tarixçi- alim Nəsiman Yaqublu prezident İlham Əliyevə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyini verib. Tarix elmlər doktoru N. Yaqublu namizədliyinin qeydə alınması üçün müvafiq sayda imzanın yığaraq dairəyə təqdim etdiyini bildirib. “Seçicilərdən imza aldıqdan sonra hər iki rayonun İcra Hakimiyyətinin nümayəndələri mənə səs verən insanlara qarşı təzyiqlərə və hədə-qorxu kampaniyasına başladılar. Onlara təsir edib hətta imzalarından da imtina etdirdilər. Rayon icra strukturlarında və oraya yaxın orqanlarda çalışanları isə işdən qovmaqla hədələdilər. Oktyabrın ayının 6-da isə müxtəlif və əsassız bəhanələrlə namizədliyimi qeydə almadılar.
Nəsiman Yaqublu qarşılaşdığı bu qanun pozuntusu ilə prezidentə müraciət ünvanlayıb:
“Cənab Prezident! Bu son iki ildə sizə ikinci müraciətimdir. Birinci müraciətimi M.Ə.Rəsulzadənin nəvəsinin müalicəsinə kömək göstərməyinizlə bağlı etmişdim (Xalq Yazıçısı Elçinin vasitəsi ilə). Sağ olun ki, bu müraciətimə diqqətli oldunuz və onun Almaniyada müalicəsini təşkil etdiniz. Bu isə mənim bir ziyalı, bir alim, jurnalist və tədqiqatçı olaraq sizə ikinci müraciətimdir. Xahiş edirəm ki, mənə dəstək olmuş insanların hüquqlarını qoruyasınız!”.