Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Zeynal Nağdəliyev bacısı oğlunu deputat seçdirmək istəyir”

“Zeynal Nağdəliyev bacısı oğlunu deputat seçdirmək istəyir”


Qazaxda narazılıq: “Ömründə üzünü görmədiyimiz bir adamın bizi təmsil etməsini istəmirik”



 



“Qazax böyük ziyalılar yetişdirən, 2 dövlətlə həmsərhəd olan, gecə-gündüz düşmənlə üz-üzə dayanan və Respublikanın ən strateji əhəmiyyətli rayonlarından biridir. İndiyədək bu rayonu Azərbaycan Parlamentində dəyərli elm və mədəniyyət xadimləri, bu torpağın öz yetirmələri təmsil ediblər. Bu amil biz qazaxlıları hər zaman qürurlandırıb, dövlətimizin ətrafında daha sıx birləşməyimizə stimul verib. Səsimizin Milli Məclisdə layiqli insanlar tərəfindən eşidilməsindən hər zaman fərəh hissi keçirmişik. Lakin bu aralar rastlaşdığımız mənzərə bizi çox incidir. Çünki, rayon ictimaiyyəti tərəfindən tamamilə arzuolunmaz bir şəxsin Qazaxdan deputat seçdirilməsinə cəhdlər var”.


 


Bu fikirlər Qazax rayon ictimaiyyəti adından redaksiyamıza daxil olan müraciətdə əksini tapır. Qeyd olunur ki, artıq rayon sakinləri arasında ciddi narazılıqlar başlayıb: “Həmin şəxs ümumiyyətlə Qazaxa aid olmayan, ömründə bir dəfə bu rayona ayağı dəyməyən, üzünü belə görmədiyimiz Nəbizadə Kamran Telman oğludur. Bu şəxs qəfildən ortaya çıxsa da, qısa bir müddət içərisində rayon icra hakimiyyətinin göstərişi ilə imza vərəqələri toplandı və tələm-tələsik namizədliyi qeydə alındı. Ardınca, yenə rayon rəhbərliyinin səyləri nəticəsində, Kamran Nəbizadənin yolunu təmizləmək məqsədilə bir sıra namizədlərin namizədliklərini geri götürməyə məcbur etdilər. Namizədliyini geri götürənlərə “mükafatlar” da verildi. Məsələn, birinə rayon ərazisində 4 ha torpaq, digərinə yaşayış sahəsi üçün torpaq verildi, başqa birinin övladı işlə təmin olundu, hətta digər birinin banka olan kredit borcunu bağladılar”.


 


Qazax sakinləri daha sonra yazırlar ki, yenə sözügedən namizədin hansısa mərhələdə xeyrinə işləsin deyə, statistik namizədlər ortaya çıxarılıb: “Yuxarıda qeyd etdiyimiz şəxslərin namizədlikləri geri götürüldükdən sonra, 2-3 gün ərzində rayon idarələrinin 4 vəzifəli şəxsinin namizədliyini qeydə aldılar. Təsəvvür edin ki, cəbhə bölgəsində yerləşən bir rayonun başçısı rayonda əmin-amanlığı, sakitçiliyi təmin etmək, yüksək idarəçilik həyata keçirmək əvəzinə, rayondakı bütün idarə rəhbərlərinə təlimat verib ki, qutudan Kamran Nəbizadənin çıxması üçün əllərindən gələni etsinlər. Biz dəhşətə gəlirdik ki, nə baş verir? Ömründə buralara hərlənməyən, Bakıdakı tikinti şirkətlərindən birində çalışan bir nəfər üçün niyə rayon rəhbərliyi əldən-ayaqdan gedir? Hətta, rayonda dolaşan şayiələrə görə, bu adam vaxtilə narkotik asılılığından əziyyət çəkib və bunun üçün müalicə alıb. Bəs belə bir insanı niyə ciddi-cəhdlə Milli Məclisə buraxmaq, həm də ona dəxli olmayan bir rayondan deputat seçdirmək istəyirlər? Və sonra hər şey ortaya çıxdı. Bəlli oldu ki, Kamran Nəbizadə yüksək vəzifəli bir dövlət məmurunun - Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin bacısı oğludur. Demək, öz yüksək postundan istifadə edən Zeynal müəllim bacısı oğlunu parlamentə keçirmək istəyir və bunun üçün Qazax rayonunun rəhbərliyinə təzyiqlər edir”.


 


Bununla belə, müraciət müəllifləri K.Nəbizadə üçün göstərilən çabaların nəticə verməyəcəyinə inanırlar: “Biz rayon sakinləri o adama səs verməməklə, öz mövqeyimizi ortaya qoyacağıq. Və ona da inanırıq ki, ölkə rəhbərliyi, dövlət başçısı hansısa məmurun öz zərərli ambisiyasını həyata keçirməsinə imkan verməyəcək. Bunun üçün cənab Prezidentdən haqq-ədalətin öz yerini tapması üçün müdaxilə etməsini xahiş edirik, istəyimiz odur ki, dövlət başçısı məmurların əl altından göstərdikləri qanunsuz fəaliyyətlə xalqı öz dövlətindən narazı salmalarına imkan verməsin”.


 


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR