Prezident İlham Əliyev Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncamda deyilir:
"Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin".
Qeyd edək ki, Günay Əfəndiyeva baş nazirin müavini, xalq yazıçısı və professor Elçin Əfəndiyevin qızıdır.