Ötən həftə ANS TV-də "Hesabat"ın qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olub. Nazir Səlim Müslümov ölkə vətəndaşlarını maraqlandıran bir çox suala ANS TV-nin efirində aydınlıq gətirib.
Hesabat: Səlim Müslümov iclasların birində elan etdi ki, onun işçilərindən biri konkret olaraq alver edirmiş və o alveri də hörmətli cənab nazirə diktafon yazısı şəklində də təqdim ediblər və Səlim müəllim də bununla bağlı tədbir görüb, hətta belə bir fikri də mənə çatdırıblar ki, siz həmin toplantıda etiraf etmisiniz ki, korrupsiya ilə mübarizə aparmaqda acizsiniz.
Səlim Müslümov: Bu iclasda olmayıb, bu hadisə mən Göygöldə vətəndaşları qəbul edən zaman, Gəncə şəhəri və ətrafdakı 5 rayonun vətəndaşlarını qəbul edən zaman baş verib. Orada 1 nəfər qəbula gəlmişdi Daşkəsən rayonundan. Şikayət etdi ki onun şikayətini qəbul etmirlər, şikayətinə baxmırlar, süründürməçilik edirlər və hətta ondan bu süründürməçiliyə görə nəsə istənilir və.s və s. O zaman ondan misal çəkdim öz işçilərimə və qeyd etdim ki siz hamınız mənim yanımda olanda özünüzü aydan arı, sudan duru aparırsınız. Amma faktiki olaraq mən vətəndaşlarla görüşəndə vətəndaşlar mənə ayrı şeylər deyirlər və misal çəkdim ki, bu yaxınlarda Ağcabədi rayonlarından da mənə belə bir şikayət olundu. Ona süründürməçilik edirlər, ondan nəsə istəyirlər. Təbii daxili nəzarət şöbəsini göndərdim o işlərlə məşğul olmaq üçün və onlar getdilər və araşdırdılar mənə dedilər ki, bunlar təsdiq olunur və həmin adam hansı ki, şikayət edir həmin adama təklif olunub ki vəsaitlə getsin təkllif etsin. Əgər lazım gəlsə yerli hüquq mühafizə orqanlarını ilə birgə əməliyyat keçirəcəyik və o bundan imtina edib. Amma cibinə diktafon qoub gedib və sonra da həmin diktofonda açıq görünür ki, bu özünün dediyinə görə bunu mənə daxili nəzarət şöbəsinin olduğu kimi danışdı dedi ki, həmin adam dedi ki, diktafonda açıq aydın şəkildə görünür ki, bunlar bundan qarşılıq istəyiblər. Təyinat olacağı təqdirdə qarşılıq istəyəcəklər. Və bundan sonra əlbəttə o istəsə həmin diktofonda yazdıqlarını hüquq mühafizə orqanlarına verə bilər. Amma biz öz üzərimizə düşəni dərhal həll elədik, həm işçini, həm müdiri işdən azad etdik. Bu proses mən sizə açıq deyirəm artıq 2 ilə yaxındı müddətdir ki, bizim tərəfimizdə aparılır. 2013-cü ilin oktyabr 22-dən indiyə qədər bu səbəblər üzrə 768 nəfər adam işdən azad edilib. İnzibati metodlarla mən bacardığım qədər cənab prezidentin mənim qarşımda qoyduğu vəzifəni, yəni bu sistemi şəffaflaşdırılması vəzifəsini yerinə yetirmək üçün mübarizə aparacam. Amma bütün hallarda inzibati metodlar əsas yol deyil. Bu müəyyən qədər nail olamağın yoludur və müyyən müddətə vəzifənin yerinə yetimrəsinə nail olmaq yoludur. Amma o vəzifəni birdəfəlik yerinə yetirmək üçün sistemdə instutsiyanal islahatlar aparılmalıdır və bildiyiniz kimi də bu instutsiyanal islahatların aparılması üçün cənab prezident tərəfindən 2 mühim fərman imzalanıb. Bunun biri ünvanlı sosiyal yardım sisteminin avtomatlaşdırılmasına aiddir. İkincisi isə əlliliyinin təyinatının avtomatlaşdırılmasına aiddir. Hazırda hər 2 fərmanın icrası üçün son tamamlanma işləri gedir. Yəni proqramlar ağır proqramlardı, mən sizə açıq deyim bunu. Məsələn 1-ci proqram ünvanlı sosial yardımın təyinatının avtomatlaşdırılmasında 15-dən yuxarı orqanın məlumat bazaları ilə üzləşdirmə işləri aparılmalıdır müraciət zamanı. Bu çox ağır proqramdır və hətta beynəlxalq ekspertlər də belə bir proqramın fəaliyyət göstərəcəyi halda Azərbaycanda bu sahədə həqiqətən də çox böyük instutsiyanal islahatların baş verəcəyini bildirir.
Hesabat: Bu alverçi oğlan nə qədər maaş alırdı?
Səlim Müslümov: 275 azn. Bəli o təmiz maaşı idi onun. Ondan başqa da onun 4 dəfə də il ərzində mükafatlandırması olub
Hesabat: Sosial yardım nə qədərdir?
Səlim Müslümov: Sosial yardım ailə üzvlərinin sayından və gəlirlərindən aslıdır. Ölkə üzrə adam başına düşən hansı ailələrə ki, təyin olunub həmin ailələr üzrə orta adam başına düşən 39 manat o bildiyiniz kimi 150 manatdı ortalama belə deyək
Hesabat: Demək olar ki, o alverçi oğlanın maaşı bu sosial yardım alan ailənin maaşından dəfələrlə çox deyil?
Səlim Müslümov: Hardasa 2 dəfəyə yaxın. Belə mükafatları da üstünə gəlsək 2,3 dəfə.
Hesabat: Amma sizcə kifayətdirmi bu maaş?
Səlim Müslümov: Xeyr bu kifayət deyil və məhz buna görə də biz yeni sistem hazırlayırıq, hansı ki, üzərində işləyirik. Orda həmin o insanlar ki orda çalışmaqda davam edəcəklər, onların hər birinə planşet veriləcək. Xüsusi proqramla onlar gedib həmin yerdə ailələrin maddi vəziyyətini yoxlayacaqar və elektron imzla ilə təsdiq edib bizə göndərəcəklər. Amma onların hər gedişi üçün biz ayrıca vəsait nəzərdə tutmuşuq. Cənab prezidentin fərmanında da bu var. O onların maaşının üstünə əlavə olunacaq və beləliklə bunların maaşları məsələn ay ərzində tutaq ki, bu 15 ya 20 ailənin gedib maddi vəziyyətini yoxlayacaqsa onu da hər dəfə gediş üçün vəsait bağlı olacaq. Hər halda yəqin ki müraciət edən ailənin rayon mərkəzindən uzaqlığına - çünki orada nəqliyyat xərcləri var və s. - bunların hamısına görə mən elə düşünürəm ki hardasa bir 200 manat da onların maaşlarının üstünə əlavə olunma imkanları olacaq. Hər halda 500 manata yaxın 500-600 azn arasındaki 1 aylıq gəlir edir. Ailədə hər halda 2 nəfər çalışan olmalıdır. 1 nəfərin də gəliri üçün pis vəsait deyil.
Hesabat: Bir vaxtlar belə bir söz dəbdəydi ki balıq başdan iylənər. İndi siz alımırsız, yaxud indi siz alımrsız və axı belə çıxır ki, balıq təkcə başdan iylənmir. Balığın digər iylənməli yerləri var. Bax bu korrupsiya ilə mübarizədə sizin dediyiniz bu instutsiyanal təkliflərin, dəyişiklikərin islahatların effektini hansı müddətə görə biləcəyik?
Səlim Müslümov: Mən elə düşünürəm ki, biz bu qoyulan məsələləri bu il içərisində yekunlaşdırsaq növbəti ilin əvvəlindən artıq o insanların ünvanlı sosial yardım təyin etmək hüquqları olmayacaq. Bunu sistem avtomatlaşdırılmış şəkildə edəcək, hər kəs avtomatlaşdırılmış müraciətini edəcək sistemə. Artıq sistemdən onun mobil telefonuna məlumat gedəcək ona təyin olundu ya olunmadı. Olunmadısa niyə olunmadı, olunsa hansı məbləğdə olundu və plastik kartını hansı bankdan ala bilər və neçə günə ala bilər. Artıq yerdəki məmurdan hər hansı bir asılılıq olmayacaq və bununla da kontakt ortadan qalxdı. Bilirsiniz siz bayaq balığın başdan iylənməsi və ya başqa yerdən iylənməsi söhbətini etdiz. Söhbət nədən gedir? Biz baş vermiş hadisənin, artıq baş verəndən sonra başlayırıq onunla mübarizə aparmağa, bu çətin şeydir. Yəni effekti o qədər də olmur. Amma gəlin elə edək ki, o hadisənin heç baş verməsi imkanını ortaya qoymayaq. Və qayıdaq bayaq dediyiniz məsələyə; bir var rüşvət, bir də var korrupsiya. Bunlar ayrı-ayrı şeylərdir. Rüşvət o adamların yerində elədikləridir. Korrupsiya o zaman olardı ki, burda bir sistem yaradılardı və başdan idarə olunardı. Bu olacaq korrupsiya. Yəni mən korrupsiyanı dağıda bilərəm. Amma rüşvəti dağıda bilmirəm. Söhbət bundan gedir rüşvəti dağıtmaq üçün sistemin avtomatlaşdırılması həyata keçirilməlidir. Bunun başqa yolu yoxdur. Kontakt ortadan qalxmalıdır.
Hesabat: Bəlkə Azərbaycan xalqının milli mənəvi dəyərlərindən çıxış eləyək. İndi dəbdə olan dildə desək, bəlkə Bütün Qafqazın Şeyxinə müraciət edək, Qafqaz Müsəlman İdarəsinə. Bir nəfər molla bizim bir sıra əməkdaşlarımızdan fərqli olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində bu sahədə çalışa. İnsanlarımızın statusu fərqlidir onlar yetim malı ilə işləyirlər. Onlara izah etsinlər ki, ay bala bu yetim malıdır, bunu yemək günahdır. Qanunda bu cinayətdir, amma Allah da bunu sevmir. Bəlkə də gülməli çıxır, bəlkə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini bu işə cəlb edək. Çünki sizin o dediyiniz sistem ki var, hansı ki siz təklif edirsiz, belə işıqlı işıqlı danışırsız, ürəylə danışırsız. Mən bilirsiz nədən çəkinirəm, 6-7 aydan sonra biz sizinlə növbəti dəfə görüşəndə siz deyəsiz ki, bilirsiz bu sistemdə də problemlər var 3-cü sistem haqqında fikirləşirik. Problem bəlkə bizim insanın naturasındadı dəyərlər tərsinə çevrilib?
Səlim Müslümov: Xeyir mən bununla qəyittən razı deyiləm. 1-ci sizin bayaq dediyinizn üzərinə gəlirəm. Biz 2 ildir respublika prokrorluğu ilə çox sıx əlaqədə işləyirik. Həddən artıq sıx əlaqədə. 768 adamın getməyi elə belə deyil. Bu çox güclü şəkildə bizim vurulan zəngləri araşdırmağımızdır. Hər gün 161 saylı prokrorluğun qaynar xəttinə gələn zənglər var, onun çoxunu bizə göndərirlər. Hardasa konkret hal yoxdur, amma süründürməçilik və s. onlar bizə bunu göndərir, biz dərhal onları yerində araşdırırıq. Mənim nazir kimi ən çox məktub yazdığım orqan Respublika Baş Prokrorluğudur. Ən çox onlara cavab verirəm. Çünki onların 161 qaynar xəttinin özü də hər birini prokror özü imzalayır və bizə göndərir və biz də onu aydınlaşdırırıq. Yəni konkret hal yoxdur, amma göstərilir ki, "hə 15 gündür mənim sənədlərimi alıblar, amma təyin etmirlər, süründürürlər" - bu halları biz araşdırırıq. Konkret olaraq hamısını. Yəni bu iş gedir amma mən sizə yenə deyirəm mən iqtisadçıyam. Məsələlərin iqtisadi tərəfi daha güclü rol oynayır. O mənəvi tərəf əgər iqtisadi tərəfi yoxdursa mənəvi tərəf müəyyən müddətdə rol oynaya bilər. Yəni ruhun üstündə müəyyən qədər dayanmaq olar. Ondan sonra bu artıq mümkün deyil. İnsan yemək istəyir, geyinmək də istəyir, gəzmək istəyir və s. Mən də bayaq siz deyəndə işıqlı işıqlı danışıram, mən sizə açıq deyirəm mən bunu 10 il DSMF-da sədr olanda o zaman gördüm. Biz avtomatlaşdırdıq bu prosesləri və demək olarki şikayət qalmadı. Artıq şikayət yox idi, şikayət edən yox idi. Mən inanmırdım heç şikayət olmurdu. Çünki lazım olanda insanlar götürüb telefonla zəng edirdilər şəxsiyyət vəsisəqinin nömrəsini deyirdilər, bir də sosial sığorta kartın nömrəsini. Bunlara pensiya təyinatı aparılırdı və sistemin avtomatlaşdırılması bu o demək deyilki biz velosiped icad edirik, Amerka kəşf edirik. Dünyanın hər yerində bu evalyusiya yoludur bu yolla gedilir, təkamül yolu budur. Yəni bütün hallarda mən məsələni sizin diqqətinizə çatdırıram. Çox vaxt deyirlər ki bayaq siz də dediniz bunu, əmək haqqını artırağın. İnanın ki əmək haqqını 2000 və ya 3000 də eləsəniz, əgər elə adamların elə imkanı varsa əksəriyyəti o işlə məşğul olacaqlar. O imkanı onların əlindən almaq lazımdır. Mən sizə adicə misal çəkim, biz keçən ilin dekabrın 1-dən iş yerindən arayışı elektronlaşdırdıq. Baxın bir ildən az bir müddətdə təqribən 10 ay müddətində 128 000 adam elektron şəkildə bizim o xidmətdən istifadə edir, iş yerindən arayış almır. Amma əvvəl nə edirdi gedirdi kəsdirirdi katibəyə yalvarırdı, ona bir şokolad, buna pul ki, mənə təcili arayış lazımdır, mənim arayışımı verin. İndi ona ehtiyac yoxdur ki görün nə qədər insanların canı dincəlib və müəyyən qədər də maddi məsələlər keçildi 2-ci plana.
Hesabat: Biz sizinlə 1 il 10 ay bundan qabaq görüşmüşdük və bu müddət ərzində görülmüş işlər barəsində siz ümumi şəkildə də olsa məlumat verdiz. Biz indi neçə müddət keçəndən sonra görüşəndə siz mənə deyəcəksiz ki, məsələ belədir. Biz artıq bu sahədə, bu sahədə uğurlar əldə etdik və keçən dəfə danışdığımız rüşvət faktları korrupsiya fakları vardı aradan qaldırıldı.
Səlim Müslümov: Gəlin belə danışaq. 6 aydan sonra biz görüşəcəyik sizinlə və ya 5 aydan sonra, fərq etməz. Biraz o sistem 3 ay fəaliyyət göstərsin ki, nəticələrin görəsiniz və bir 6 aydan sonra biz sizinlə görüşək. Aprelin əvvələrində və ya növruz bayramı qabağı. Allah hamımıza ömür versin, mən elə düşünürəm ki, o zaman cənab prezidentin o tapşırıqlıarını artıq o 2 sahədə yerinə yetirdiyimizi sizə deyəcəm. Bu proses gedir və mən əminəm və mən cənab prezidentə də bunları dövri olaraq məruzə edirəm və həqiqətən də instutsiyanal tədbirlərin təcili aparılması barədə tapşırıq alanda mən özümdən aslı olmayaraq inanın bütün günü səhər 9-dan gecə 11-dək bu barədə fikirləşirəm. Ancaq fikrim buna işləyir. Baxın insanlar bu gün çoxlu sayda ünvanlı sosiyal yardım almaq üçün müraciət üçün çoxlu sayda sənəd toplayırlar və bu sənədləri aparıb təqdim edirlər. 1 nəfər ailənin adından gedir notarusa təsdiq edir ki, bu insan ailənin adından vəkil olub və o sənədlərlə bərabər vəkalətnamə ilə birgə bizim əhalinin sosial müdafiə mərkəzinə orada komissiya var. 15 gün ərzində buna baxır, sonra buna qərar verir bu proses gedir. İndi burda yeni sistemdə nə olacaq, insanlar heç bir sənəd toplamayacaqlar. İnsanlar gedəcəklər notariusa ailənin adından kimin bu məsələ üçün təmsilçi təyin olunduğu təsdiq olunacaq. Ailənin hamısı imza atacaq bu məsələ indi də var və həmişə olacaq. Yəni ailənin adından 1 nəfər almalıdır həmin o notarius vəkalətnaməni. Təsdiq edilən sənədin üstünə notarius bir nömrə qoyur və həmin o təmsilçi internet bağlantısı olan yerdən girib bizim elektron hökümət saytına və elektron bəyənnamələri doldurur. Axırda da bir mobil telefon qeyd edir, əks əlaqə üçün. Çünki məlum məlumatlar mob telefona göndərilir. Yəni təyin olundu ya olunmadı və təyin olundusa məbləğ nə qədərdir və haradan almalıdır plastik kartını. İndi burda çox maraqlı nüanslar ortaya çıxır. Baxın dünən biz bunu müzakirə edirik; heç demə təmsilçi ailənin üzvüləri də olmaya bilər, ola bilər ki ailənin içində əmək qabiliyyəti olanı yoxdur və ya yetkinlik yaşına çatmış üzv yoxdur və ata ana rəhmətə gedib. Qalan uşaqlar heç biri yetkinlik yaşına çatmayıb. Bu halda kim müraciət edə bilər ailənin adından? Deməli burada təmsilçi olmalıdı, qəyyum, patron, digər təmsilçi və s. Bəs bunlar necə müraciət edə bilərlər onların qeydiyyat yeri ayrıdır, ailənin yaşadığı yer ayrı. Bunda nə olsun, məlumat hara gedəcək, kimə təyin olunacaq? Bunlar hamısı dəqiq tapşırıq verilməlidir proqramçılara ki onlar dəqiq göstərə bilsinlər. Çünki sistem nə edir sistem müraciət edən ailənin adından təmsilçinin şəxsiyyət vəsiqəsini götürür daxili işlər nazirliyinin şəxsiyyət vəsiqələri bazasından və bütün məlumatı da ona görə emal edir və təyinat da ona uyğun gedir o qeydiyyat üzrə. Ona görə də belə şeylər o qədər incə elementlər var hər birinin üzərində dayanmaq lazımdır.