Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Livandakı səfirliyinə yeni təyinatla bağlı sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:
"Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".
***
İlham Əliyevin digər sərəncamı ilə İtaliyanın Kataniya şəhərinə Azərbaycanın yeni fəxri konsulu təyin edilib:
“Domeniko Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin”.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.