Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərindən biri qəzaya düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə axşam saatlarında baş verib.
Mərakeşin Azərbaycadakı səfiri 1957-ci il təvəllülü Hami Həsənin idarə etdiyi səfirliyə məxsus “Toyota Prado” markalı SFR 0541 nömrəli avtomobillə Bakı sakini 1980-cı il təvəllüldlü İqbal Qurbanovun idarə etdiyi “Hyundai Sonata” markalı 10 HH 232 nömrəli avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobil əzilib, ağır xəsarət alan olmayıb.