Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Efiri toyxanaya çeviriblər” - Açıqlama

“Efiri toyxanaya çeviriblər” - Açıqlama


“Aparılan araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətinin intellektual kəsiminin böyük bir hissəsi çox təəssüf ki, xəbərlər informasiya proqramından başqa, yerli kanallardakı əyləncəli verilişlərə baxmır. Onlar əsasən, Rusiya və Türkiyə telekanallarında yayımlanan əyləncəli verilişləri izləyirlər”.



“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, buna əsas səbəb Azərbaycan telekanallarında yayımlanan əyləncəli verilişlərin səviyyəsinin aşağı olmasıdır: “Bu isə Azərbaycan tamaşaçısının avtomatik olaraq, xarici telekanallara meyllənməsinə gətirib çıxarır. Bu da əlbəttə ki, böyük siqnaldır. Bu vəziyyətin qarşısını almaq üçün Şura fəaliyyətini daha da gücləndirib. Şuraya əlavə səlahiyyətlər televiziyalarda vəziyyətin düzəldilməsi üçün verilib. Məqsəd də efirin təmizliyini qoruyub saxlamaq, verilişlərin səviyyəsini artırmaqdır. Bu bizdən daha çox televiziyalara və cəmiyyətə lazımdır”.



Şöbə müdirinin sözlərinə görə, ANS televiziyasında yayımlanan “Məchulu tapın”, Xəzər telekanalında yayımlanan “Ay Zaur”, “5/5”, “Hər şey daxil” və Space" televiziyasında yayımlanan “Sevimli şou” nəzarət altındadır: ““Sevimli şou”da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib, geniş auditoriya üçün deyil. Efirin toyxanaya çevrilməsini, habelə aparıcının bayağı davranışlarını nümunə göstərə bilərik. Sadaladıqlarım barədə narazılıq var. Düzdür, “Sevimli şou”da konkret heç kim təhqir olunmur. O cümlədən “5/5” verilişində həm aparıcının kobud davranışı, həm verilişin formatı, həm də verilişdə müzakirəyə çıxarılan mövzularla bağlı narahatlıq var. Həm də bu verilişdə eyni qonaqların mütəmadi verilişə çağırılması ilə bağlı şübhələr var. “Hər şey daxil” verilişində efirə yaraşmayan qeyri-etik ifadələrlə bağlı şəxsən mən özüm arayış yazmışam. Bütün hallarda problemin miqyası məsələsi var. Məsələn, “ANS” televiziyasında yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərində problemi birdəfəlik aradan qaldırmaq lazım idi. Lakin yuxarıda adlarını çəkdiyim verilişlərin formatını müəyyən mənada cilalamaq, nizama salmaq mümkündür. Təbii ki, bu effekt verməsə inzibati metodlardan istifadə olunacaq”.



T. Dadaşov qeyd edib ki, hazırda bu istiqamətdə iş davam edir: “Şura verilişlərin məzmununa müdaxilə etmir. Amma ictimaiyyətdən gələn siqnallar əsasında telekanallara müəyyən tövsiyələr verir. Artıq iradlarımız telekanallara çatdırılıb. Kanallardan müəyyən şəxslər dəvət olunub və müzakirələr aparılıb. Biz ilk növbədə gözləyirik ki, telekanallar özləri tədbir görsün. Belə olmayacağı təqdirdə isə əlbəttə Şura qərar verəcək”.


Teqlər:
Bu xəbər cəmi 865 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR