Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Onlar necə milyonçu oldu? - Böyük sərvətin sadə səbəbi

Onlar necə milyonçu oldu? - Böyük sərvətin sadə səbəbi


Onların fikirlərini heç kim ciddi qəbul etməsə də, tez bir zamanda milyonlar qazanan şəxslər kimi dünya tarixində yer tuta biliblər. Kimisi bir təsadüf, kimisi yeni fikir, kimisi isə şansının qalibidir.



“Qafqazinfo” sizə özünün də gözləmədiyi anda maraqlı yollarla zəngin olan 10 insanı təqdim edir:





Richard T. James



Donanmanın mexaniki olan Richard T. James gəmi səfərlərində havanın pisləşdiyi zaman vaxt keçirəcəyi bir oyuncaq düzəltmək fikrinə düşüb. Sonradan “Slinki” adlandırılan oyuncaq üçün James 500 dollar kredit alaraq oyuncağı hazırlamaq üçün mexanika düzəldib. Yeni il ərəfəsində tanıtımı olan oyuncaqların hamısı bir neçə gün ərzində satılıb. Oyuncağa olan marağı görən şirkət 300 milyondan çox “Slinki” satışa buraxıb və tez bir zamanda oyuncaq dünyanın hər yerinə yayılıb. Bununla da James gözləmədiyi halda böyük məbləğlər əldə edə bilib.





David Çeriton



1981-ci ildən bəri müəllim kimi fəaliyyət göstərən David 3.3 milyard dollarlıq bir sərvətə sahibdir. Ancaq milyarder bu sərvətini nə biznesdən, nə də müəllim maaşından qazanmayıb. David müəllim işlədiyi universitetdəki tələbələrə iş planı və investisiya təlimləri keçərək milyarder olmağı bacarıb.





Rick Şvartz



Rick Şvartz 1995-ci ildə məşhur sahələrin adlarını internetdə qeydiyyata aldırıb. Bu fikir ona çoxlu pul qazandırıb və 500 min dollardan artıq qiymətə 20 məşhur sahə adı satıb. Bir sayt üçün satdığı qeydiyyatında olan addan 1.3 milyon,  başqa bir saytdan isə 3 milyon dollar qazanıb.





Gari Dahl



Dostlarının heyvanlarına baxmaqda çətinlik çəkməsi ilə əlaqədar şikayətləri Gari Dahlın ağlına yeni fikir gətirib. Onları bütün zəhmətdən qurtaracaq “Qaya heyvan” adlı yeni bir layihə hazırlayır. Garinin təklif etdiyi qaya heyvanın digərlərindən fərqli olaraq yemək, yürüş, həkim kimi problemləri yoxdur. İlk başda dostları onu ciddi qəbul etməsə də, Gari qısa müddət ərzində xeyli sayda sifariş almağa başlayıb.





Jason Sadler



Jason şirkətlərə tanıtım xidməti üçün 2009-cu yeni bir sayt hazırlamaq fikrinə düşüb. Müəyyən pul qarşılığında o, bütün gün şirkətin köynəyini geyinəcəyini bildirib. Qiymətləri 1 yanvar üçün 1 dollar, 2 yanvar üçün 2 dollar, 31 dekabr üçün 365 dollar olaraq nəzərdə tutan Sadler ildə 80 min dollardan çox pul qazanıb. Daha sonrakı illərdə qiyməti ikiqat artırıb və özünə gün ərzində köynək geyəcəyi yeni iş yoldaşları götürüb.





Çad Mureta



Rieltor Çad Mutera 2009-cu ildə yol qəzasında yaralanıb və 6 ay xəstəxanada yatmaq məcburiyyətində qalıb. Bu müddət ərzində həkimlərin telefonundan istifadə etdiyini görüb yeni bir mühafizə sitemi yaratmaq qərarına gəlib. Barmaq izi tətbiqini hazırlaması üçün bir nəfərə 1800 manat ödəyib və başlatdığ App Store proqramı ilə 620 min dollardan daha çox gəlir əldə edib.





Erik Laves



1992-ci ildə çəkicini itirən Erik dostundan metal dedektor istəyib. Çəkici axtardığı zaman minlərlə il əvvələ aid gümüş, mis sikkə, bəzək əşyaları və tarixi bir çox şey tapıb. Tapdıqlarını hökümətə verən Laves 1.5 milyon dollar qazanıb.





Phil Ozerski



Phil beyzbol oyununda 70-ci qolunu atdıqdan sonra topu almaq istəyib. Bir çox çətinliklərdən sonra istəyinə nail olan oyunçu sonradan topu 3 milyon dollara sata bilib.





Anonim sənət əsərlərini tapmaq



Bir nəfər köhnə mebel satan mağazadan 30 dollara rəsm əsəri alıb. Sonradan təsadüf nəticəsində əsərin Martin Johnson Headə aid olduğunu bilən şəxs araşdırmalara başlayıb. Araşdırmalar zamanı təsdiq olunan əsər 1.250 milyon dollara Sənət muzeyinə satılıb.





Guy Laliberte



Kanadada yaşayan küçə sənətçisinin ağlına səyyar sirk yaratmaq fikri düşür. Bir neçə dostunu toplayaraq hökumətin dəstəyi ilə Circque du Soleil sirkini qurub. Hazırda dünyanın ən məşhur və uğurlu sirklərindən biri olan  Circque du Soleilin 4000-dən çox işçisi və 90 milyondan çox izləyicisi var. Hər il 800 milyon dollar gəlir əldə edən sirk Labiberteyə 1.8 milyard dollar qazandırır.


Teqlər:
Bu xəbər cəmi 520 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR