Bakıda səfirliyə məxsus avtomobil digər nəqliyyat vasitəsi tərəfindən vurulub.
“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, 1990-cu il təvəllüdlü, Tovuz sakini Qələndərov Qələndar İsrail oğlu idarə etdiyi KİA markalı 99 AV 681 nömrəli avtomobili ilə Səbail rayonu R.Rza küçəsində yerləşən Fransa səfirliyinin qarşısında durmuş, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinə məxsus "Toyota Prado" markalı avtomobili vurub.
Səfirliyin avtomobilinə ziyan dəyib.