Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Baş redaktor MSK sədrinə müraciət etdi

Baş redaktor MSK sədrinə müraciət etdi

Baş redaktor 118 saylı seçki dairəsində baş verən qanunsuzluqları Məzahir Pənahovun diqqətinə çatdırıb






MSK sədri seçkilərin şəffaflığına kölgə salmaq istəyən dairə sədrlərinin ciddi cəzalandırılacağına söz verib






Dünən Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda seminar keçirilib.






Yenizaman.az-ın məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak ediblər. Görüşdə həmçinin "Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayevdə iştirak edib.


İlk öncə seminarda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu, Ə.Həsənovun təşəbbüsü ilə belə formatda keçirilən ilk tədbirdir. MSK sədri bildirib ki, mətbuatla həmişə açıq işləməyə çalışıblar: "Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb. Bundan sonra da biz çalışmalıyıq ki, Azərbaycanda şəffav seçkilər keçirilsin və ölkənin imicinə zərbə vuran hallara, nöqsanlara yol verilməsin”.






Daha sonra Məzahir Pənəhov seminarda iştirak edən baş redaktorlarla mövzu ətrafında müzakirələr keçirib. Seminarda çıxış edən "Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Azərbaycanda seçkilərin demokratik və şəffav keçirilməsinə ümid etdiyini deyib. Bununla belə Ş.Ağayev 118 saylı Ağadam şəhər seçki dairəsində baş verən qanunsuzluqları MSK sədri Məzahir Pənahovun diqqətinə çatdırıb. Baş redaktor qeyd edib ki, sözü gedən seçki dairəsindən namizədliyini irəli sürən Musa Ağayevə qarşı qanunsuzluqlar baş verib və dairə sədri Ramiz Səfərov tərəfindən açıq-aşkar Musa Ağayevin namizdəliyinin qeydə alınmaması barədə qanunsuz göstəriş verilib.






Məsələ ilə bağlı MSK sədri Məzahir Pənahov bildirib ki, o Musa Ağayevi çox yaxşı və ziyalı bir insan kimi tanıyır. Məzahir Pənahov 118 saylı Ağadam şəhər seçki dairəsində baş verən qanunsuzluqları hüquqi müstəvidə araşdıracağına söz verib. MSK sədri həmçinin qeyd edib ki, seçkilərin şəffaflığına kölgə salmaq istəyən dairə sədləri ciddi cəzalandırılacaq.


 






Teqlər:
Bu xəbər cəmi 1160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR