Son zamanlar “Sosial yardım”ın düzəldilməsində baş verən çatışmazlıqlar barəsində məlumatlıyıq.Neftçala rayonundan bu fakt üzrə iki ayrı müsahibim oldu.Elə müsahibəni hazırlayarkən telekanalların birində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov görüş keçirdi və vəzifəsindən sui-istifadə faktı ilə bağlı əməkdaşın danlayırdı.Əslində görünən mənzərə insanda islahatlarla bağlı xoş emosiya yaratsada qarşımda ki,müsahibə bura qədər olanları alt-üst etdi.Səlim Müslümov özbaşnalığı etiraf etdi və belə əməl sahiblərindən cana doyduğun bildirməsinə rəğmən Neftçala Rayonunda baş verənləri işıqlandıraq.
Nia.az xəbər verir ki, Neftçala rayonu Aşağı Qaramanlı kənd sakini Novruzova Məlahət Mirzəli qızının və Neftçala rayonunda dövlət orqanında çalışdığı üçün adının hallanmasın istəməyən şikayətçilər.Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə daxil olan şikayətlərin sırasına ikisinidə əlavə edin …
Neftçalanın Aşağı Qaraimanlı kəndində sakin olan Məlahət Novruzova bildirirki,”Böyük oğlum həbsdədir,yoldaşı xəstəliyə tutuldu.Uzun müalicə yetərsiz oldu,gəlinimi itirdik.İndi iki yetim saxlayıram.Bir yanda digər övladım ailəsi və 4 uşağı ilə çöllərdədir.Daimi işi yoxdur,səhhəti düzələndən-düzələnə karyerə daş yükləməyə gedir.Uzun müddətdi ağırlığa görə axırıncı iş yeri hesab olunan daş karxanasında da iş qəhətə çıxıb.Mən təkcə pensiyam ilə bütün bunlara necə baxa bilərəm?! Dekabr ayından Neftçala Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qapılarında əsir-yesir olmuşuq.Dəfələrlə istər bələdiyyədə,istər kənd icra nümayəndəliyində olmağımıza rəğmən zərrədə olsun bizim dövlətin ayırdığı “yardımı”n alınmasında müsbətə doğru heç nə dəyişmir.Elə get-gəllərdir ki,biz adiyyatı orqana pul təklif edək.Bunlar adət ediblər vətəndaşın haqqı olanı düzəltmək üçün “haqq “alalar.Mən də onlara qara qəpikdə vermiyəcəm.Dövlət başçısı rüşvətin yığışdırılmasın dəfələrlə qeyd edib.Amma bəzii orqanlar ölkə başçısının göstərişinə biganə yanaşır.
Bütün adiyyatı orqanlara övladımın vəziyyətin nəzərə alıb ev verilməsin xahiş etmişəm.Ev məsələsində də məsuliyyətsiz yanaşmalar,başdan eləmələr görmüşük.Haqqları olan sosialı da düzəltmirlər.Neftçala rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi bizim taleyimizə niyə biganə yanaşır. Artıq bir il olacaq ki,mən bu yollardayam.Bəs bizim bu halımızla kim yardım duracaq?Belə hallar üçün qanunda nəzərdə tutulan yardımı ala bilmirik.Bax,dərd burasındadır.O qədər problemlərlə yaşayırıq ki,artıq nəfəsimi elə bil çiyinlərimdən alıram.Evdə iki yetim onların sıxılan mənəviyyatı və istədikləri kimi geyindirib-yedirdə bilmirəm.
Bir il tamam olacaq ki,mən idarələrin qapısındayam.Bələdiyyə deyir yerimiz yoxdur.Bəs, necə olur Şamaxı və digər yerlərdən gələnlərə yer tapılır,kəndin kasıb evli cavanına yer tapılmır?! Kənd İcra nümayəndəliyidə bələdiyyənin dediklərin təkrar edir.Neftçala rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi isə elə get-gələ sasıblar.Yaşadığı yerdən arayış,”kupça” istəyirlər.Oğlum kirayə qaldığı evin sahibi yaşlı qadındır,maşın tutmuşuq aparmışıq idarəyə.İndidə deyirlər ki,evin “kupça”sı lazımdır.Oğlumun evi var ki,kupçası ola?!Digər tərəfdən Aşağı Qaramanlıda kimin evinin sənədi var ki?! Hələ biz sosialın sığorta kartından ötrü 70 manat ödəmişik” .
Digər sözü gedən idarə ilə problemi Neftçala rayonunda dövlət müəssələrinin birində çalışdığı üçün adının hallanmasın istəməyən sakinin redaksiyamıza daxil olan məktubu: – ” Hörmətli ,Nia.az , sizə şikayətim Neftçala Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindəndir.Mən 2006-cı ildən 2 övladıma dövlət tərəfindən ayrılan sosial yardım alıram.Hər il sənədləri düzəldərkən,mərkəz məni çox incidib,bu dəfə isə böyük oğlum hərbi-xidmətə gedərkən,müraciət etdim ki,övladım Vətəni qorumağa gedir,onun adına olan yardımı bağlayın,onun 18 yaşı tamam olub.2014 cü ilin aprelində çağılırmışdı deyə,məndə fevral ayında Mərkəzə müraciət etdim.Müraciətə baxmayaraq,övladıma düşən müavinat dayandırılmadı. 2014-cü ilin oktyabrda müavinat alma müddəti sona çatdı və məndə yenidən təyin olunması üçün Mərkəzə müraciət etdim.Neftçala Rayonu Əhalinin Sosial Müdafisi Mərkəzinin müdiri Zaur Kərimov mənə borcumun yaranmasını söylədi.Bizim dövlətə 190 manat borcumuzun olduğun dedi.Mən dedim ki,sizə müraciət edib,məlumatlandırmışdım.Zaur Kərimov bizi bir il müavinat almaqdan uzaqlaşdırdı və mən azyaşlı övladıma sosial yardım ala bilmədim.Zaur müəllimə deyəndə ki,necə olur anası rəhmətə gedən uşaqların 18 yaşınadək müavinat təyin olunduqda,yaşı tamam olan kimi dayandırılır.Amma övladımın 18 yaşı olanda niyə dayandırmamısınız?Axı,bu barədə özüm də dəfələrlə müraciət etmişdim.Bu sizin işinizdir,18 yaşı tamam olanda müavinatı dayandırmaq.Mərkəzin rəhbəri mənlə heç cür razılığa gəlmədi.
Bu dəfə Nazirliyə müraciət etdim,oradan bildirdilər ki,Rayonun bu işlərə baxan məsul işçisinə müraciət edin,O sizə kömək edəcək.2015 ci ilin avqust ayında yenidən Zaur müəllimin qəbulunda oldum.Və ona Nazirliyə müraciət etdiyimi bildirəndə,əl-ayağa düşdü.Məni arxayın elədi ki,sizə sosial yardımın yenidən düzəlməsinə kömək edəcəm.Mən də razılaşdım.Sentyabrın ortalarında yenidən Zaur müəllimin qəbulunda oldum.Artıq oktyabr ayında bir il olacaq ki,müavinat almırıq.Hansı sənədlərin lazım olmasını soruşdum ki,toplayım. Bu zaman,elə bil Mərkəz müdurinin başına qaynar su tökdüm,və ya cibindən çıxardıb övladlarımı dolandırmaq üçün pul verəcək.Mənə haram pul lazım deyil,mənim ,balalarımın haqqı olan ,dövlətin nəzərdə tutduğu sosial yardımı almaq istəyirəm.Bu qədər sadə.Zaur Kərimov bura qədər olanları dandı,və yenidən sosialın düzəlməsinə yardım etməyəcəyini dəfələrlə vurğuladı.Mən ona bildirdim ki,axı siz söz vermişdiz,bir övladım Vətəni qoruyur,biri məktəblidir.Başsız ailəyəm,övladıma ayaqqabı ala bilmirəm ki,məktəbə yola salım.Atam baxır bizə,elə onlarda da qalırıq.Özüm 119 manat maaş alıram,bununla iki balanı necə saxlamaq olar?!
Bir ildir,məktəbli övladıma sosial ala bilmirəm,digər tələfdən borcun ödənilməsin deyirlər.
Mən inanclı adamam,ibadət edənəm,bilirəm Zaur Kərimov süründürür ki,ona pul təklif edəm.Amma bu həm dinimizdə yolverilməzdir,həm də qanunlarımıza ziddir.Başqaları elə edir,ilk 4-5 ayın müdirə verməklə sosial yardımı düzəltdirirlər.Mən ,sizin vasitənizlə haqqımızı ala biləcəyimizə inanıram”
Mövzuya qayıdacağıq.