SalamNews xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov bildirib.
O deyib ki, son vaxtlar Bakıda təkcə ənənəvi sürşmə zonalarının aktivləşməsi yox, həm də indiyədək sürüşmə müşahidə edilməyən ərazilərdə də belə hallar qeydə alınır: “Məsələn, paytaxtın Bayıl ərazisində sürüşmənin baş verməsi adi haldır. Amma Badamdar ərazisində indiyənədək sürüşmə az olub. Bunun da səbəbi həmin ərazidə yeni tikilən evlərdə kanalizasiya sisteminin olmamasıdır”.
A.Şərifov vurğulayıb ki, həmin ərazidəki evlərin sahibləri kanalizasiya problemini quyular qazmaqla həll edirlər, bu, torpaqların boşalmasına, sürüşməsinə və ciddi fəsadlara gətirib çıxarır: "Hazırda bu ərazilərdə kanalizasiya sisteminin qurulması üçün işlərə başlanılıb. Bu işlər böyük xərc tələb edir. Amma əsas odur ki, bütün işlərə vaxtında başlamışıq.”